Məhkəmə qərarları › İş №3(012)-582/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-582/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-582/2022 05.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Dəvəçi rayonu, Məliklər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Məliklər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Abşeron Rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi sahə rəisi, polis mayoru X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, 05.03.2022-ci il tarixdə Şəxs saxlanılarkən ona məxsus Chevrolet Cruze markalı avtomobilindən 1,619 qram marixuana aşkar olunmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini təsdiq edərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 mart 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1978-ci ildə Dəvəçi rayonu Məliklər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, Dəvəçi rayonu Məliklər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs narkotik vasitə əldə etməkdə, avtomobilində və üzərində gəzdirməkdə şübhəli bilinərək BDYPİ Ekoloji nəzarət üzrə YPX bölüynün Yol patrul inspektoru tərəfindən 05.03.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Şəfiqə Əfəndizadə küçəsində (stasionar postda) saxlanılaraq Abşeron rayon RPİ-nə gətirilmişdir. Polis İdarəsində Şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avomobilinə baxış keçirilərək, avtomaşının sükanın sol tərəfində olan (naqillər qutusu) balaca saxlanc yerindən siqaretin şəfaf sellofan kağızına bükülmüş olan 1( bir) ədəd bükümün içərsində olan qurudulmuş ot formasında yaşıl rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan marixunaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə götürülmüş, qablaşdırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasına göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, Dəvəçi rayonu, Məliklər kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təxminən 1 ildir ki, narkotik vasitə olan marixuana istifadəçisidir. 05.03.2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı **-VB-***-dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt-Bakı magistral yolu ilə gəlib “Ekoloji stasionar” postun yanından Sulutəpə dairəsinə tərəf dönən zaman YPX-nin əməkdaşı ona saxla işarəsi vermiş, o da sözügedən avtomobilini yolunun qırağına verərək saxlamışdır. YPX-nin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək sənədlərini istəmişdir. O da etiraz etməyib sürücülük vəsiqəsini, avtomobilinin qeydiyyat şəhadətnaməsi və etibarnaməni ona vermişdir. YPX-nin əməkdaşı sənədlərini yoxlayarkən özünü qeyri adekvat aparmağının səbəbin soruşmuş, o da polis əməkdaşına normal olduğunu demişdir. Həmçinin YPX-nin əməkdaşı ondan avtomobildən gələn tüstü qoxusunun nə olduğunu soruşmuş, o da yalandan tüstü iyi gəlmədiyini bildirmişdir. Sonra onun sərxoş olub-olmamağmı soruşduqda o sərxoş olmadığını demişdir. YPX-nin əməkdaşı idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilini 712 saylı stasionar postun arxasında saxlanılmaqla sərxoşluq müayinəsinə dəvət etmişdir. O, YPX-nin əməkdaşı ilə birlikdə dispanserə getmişdir. Dispanserdə onun narkotik vasitə marixuana istifadəçisi olmağı müəyyən olunmuşdur. Həmçinin o yolda geri qayıdan zaman narkotik vasitə olan marixuananın təsiri altında olan zaman sözügedən avtomobilini idarə etdiyini, eləcədə “Chevrolet Cruze” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilində marixuana olduğunu səmimi etiraf etmişdir. Bundan sonra YPX-nin əməkdaşı “Chevrolet Cruze” markalı avtomobilini Abşeron RPİ-nə gətirmişdir. Raportla onu Növbətçi Hissəyə təhvil vermişlər. Abşeron RPl-nin xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra ondan başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamadığı soruşulmuş, o da istifadəsində olan “Chevrolet Cruze” markalı **-VB-***-dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Şəxsi axtarış yekunlaşdıqdan sonra videoçəkiliş dayandırılmadan sözü gedən avtomaşına baxış keçirilmiş, o avtomobilin sükanın (sürücü tərəf) sol tərəfində elektrik naqillərinin saxlanc yerində olan 1 (bir) ədəd selofan kəsiyinə bükülü olan büküm saxladığı narkotik vasitə olan marixuananı baxışa təqdim etmişdir. Təqdim etdiyi maddəyə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən maddə qablaşdırılaraq üzəri möhürləndikdən sonra götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni 05.03.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasmm yaxınlığında tanımadığı şəxsdən 10 manat almış, özü istifadə etmək üçün avtomaşında saxladığlım göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq ekspert rəyində Şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avomobilinə baxış zamanı sonuncudan götürülmüş yəni tədqiqata tədim edilmiş kütlələrin ümumi çəkisi 1.619 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğu göstərmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut 1,619 qram qururdulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza xərci 78 (yetmiş səkkiz) manat Şəxs oğlundan alınıb dövlət büdcəsinə kod 142595, müxbir hesabı AZ41NABX01360100 00 00 0000 3944, hesab AZ34CTRE ********************) keçirilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar