Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-583/2024 29.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Biləsuvar rayonunun, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonunun, Əsgərabad kəndində ünvanında qeydiyyatda olan və Sumqayıt şəhərində Qaçqınlar şəhərciyində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 29 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs üzərində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Anar Axundov izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında narkotik vasitələri üzərində gəzdirməsi, satması və istifadəsi ilə məşğul olmasında şübhəli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmiş, orada şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı 1 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs barəsində ekspertiza təyin olunmuş və onun narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni 20 mart 2024-cü il tarixdə, saat 16 radələrində əldə edərək, istifadəsi üçün əynində olan şalvarının cibinə qoymuşdur. O, 21 mart 2024-cü il tarixdə, saat 02:30 radələrində Abşeron rayon Masazır dairəsinin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə dəvət edilmişdir. Abşeron Polis İdarəsində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. O, könüllü olarq əynindəki şalvarın cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş 1 bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Onun narkotik vasitə istifadə etməsinin səbəbi “44 günlük Vətən Müharibəsi”ndə almış olduğu xəsarətlərlə bağlı ağrılarını azaltmaq üçün üçün olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsini və əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-2-7/465 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,24 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 0,19 qramdır Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 1935 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabionidlərdən epizodik istifadə etmə halları olmuşdur. Lakin halhazırda müayinə zamanı sonuncu narkamaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkamiyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və İİ Qarabağ müharibə iştirakçısı olaraq qazi olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşman olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün olduğundan onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə keçirilmiş ekspertiza üzrə müəyyən edilmiş 78 (yetmiş səkkiz) manat ekspertiza xərci inzibati xəta törədən Şəxs tutulub dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq qalmış 0,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-583/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-583/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver