Məhkəmə qərarları › İş №3(012)-584/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-584/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-584/2024 29.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X5 katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1974-cü ildə Abşeron rayonunda anadan olmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Abşeron rayonu Hökməli kəndi, K.Qasımov küçəsi, ev 54-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis sahə rəisi, polis baş leytenantı X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. xx.xx.1974-cü ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 54- də qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda şübhəli bilinərək polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, “VAZ dairəsi” yaxınlığında küçədə saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Polis İdarəsində onun üzərinə şəxsi axtarış aparılan zaman. Şəxs üzərində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş, 1(bir) ədəd bükümdən ibarət, psixotrop maddə vasitə olan metaıufetaminə bənzər maddə təqdim etmişdir. Həmin narkotik vasitə olan maddə (metamfetamin) götürülmüş və kağız zərfə qoyularaq Azərbaycan Respublikası DtN-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan metamfetamin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və MEM-nin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1209 nömrəli rəyinə əsasən məlum olmuşdur ki, aşkar edilmiş maddə təmiz çəkisi 0,009 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilərək, toplanmış materiala əlavə olunmuşdur. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki. Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsində nömrəsiz fərdi evdə yaşayır. Psixotrop vasitə olan metamfetamini hər gün istifadə edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz dairəsi” yaxınlığında piyada hərəkətdə olarkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu saxlayıb rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsində xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş, 1(bir) ədəd bükümdən ibarət, psixotrop maddə vasitə olan metamfetamini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmadığını, protokolun doğruluğu imzalarla təsdiq etdiklərini, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 5 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını göstərmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 5 manata aldığı, 1 (bir) ədəd bükümdən ibarət psixotrop maddə vasitə olan metamfetamini öz şəxsi istifadəsi üçün əynində olan olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış və xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz dairəsi” yaxınlığında piyada hərəkətdə olarkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən RPİ-nə dəvət edilmiş və polis idarəsində həmin narkotik vasitəni təqdim etmişdir. Göründüyü kimi toplanmış materialda Şəxs əməlində cinayət tərkibi yoxdur. Onun əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibinin olmasını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati təsir tədbiri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməli, Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan təmiz çəkisi 0.009 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin qablaşdırılmış vəziyyətdə aidiyyəti üzrə Abşeron RPİ-nə təhvil verilməlidir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası cərimə hissəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar