Məhkəmə qərarları › İş №3(012)-587/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-587/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-587/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EN üzrə YPXB-nin polis serjantı X1 və inzibati xəta törədən şəxs Əliyev AğaƏli Asəf oğlunun iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Əliyev AğaƏli Asəf oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-dan daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05.04.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, , 04.04.2021-ci il tarixdə saat 20:48 radələrində Xırdalan dairəsi istiqamətindən Binqəqədi istiqamətə hərəkətdə olan Kİa Rio minik markalı, 90ZZ405 d.q.n avtomobili narkotik vasitədən istifadə edən Əliyev AğaƏli Asəf oğluna Xüsusi təyinatlı Patrul maşını tərəfindən saxla əmri verilmiş, sürücü Yol Polisinin saxla əmrinə tabe olmayaraq hərəkətinə davam etmiş, daha sonra qarşıda olan növbəti polis əməkdaşının saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EN üzrə YPXB-nin polis serjantı X2 bildirdi ki, 04.04.2021ci il tarixdə saat 20:48 radələrində Xırdalan dairəsi istiqamətindən Binqəqədi istiqamətə hərəkətdə olan Kİa Rio minik markalı, 90ZZ405 d.q.n avtomobili narkotik vasitədən istifadə edən Əliyev AğaƏli Asəf oğluna Xüsusi təyinatlı Patrul maşını tərəfindən saxla əmri verilmiş, sürücü Yol Polisinin saxla əmrinə tabe olmayaraq hərəkətinə davam etmiş, daha sonra qarşıda olan növbəti polis əməkdaşının saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri törətmişdir. Buna görə də Əliyev AğaƏli Asəf oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1-ci maddəsilə təqsirli bilinərək inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Əliyev AğaƏli Asəf oğlu izahatında göstərdi ki, 04.04.2021-ci il tarixdə saat 20:48 radələrində Kİa Rio minik markalı, 90ZZ405 d.q.n avtomobili sərxoş vəziyyətdə idarə edərək polisin saxla əmrinə tabe olmamış, daha sonra avtomobili atıb evə getmiş, daha sonra özü polis bölməsinə getmişdir. Sonda o, tutduğu əməldən səmimi peşmandır və onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 05.04.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Əliyev AğaƏli Asəf oğlu qeyd olunan inzibati xətanı törədən zaman narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 04.04.2021-ci il tarixdə saat 20:48 radələrində Xırdalan dairəsi istiqamətindən Binqəqədi istiqamətə hərəkətdə olan Kİa Rio minik markalı, 90ZZ405 d.q.n avtomobili narkotik vasitədən istifadə edən Əliyev AğaƏli Asəf oğluna Xüsusi təyinatlı Patrul maşını tərəfindən saxla əmri verilmiş, sürücü Yol Polisinin saxla əmrinə tabe olmayaraq hərəkətinə davam etmiş, daha sonra qarşıda olan növbəti polis əməkdaşının saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri törətmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev AğaƏli Asəf oğlunun qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev AğaƏli Asəf oğlunun tutuduğu əməldən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Əliyev AğaƏli Asəf oğlunun məsuliyyətini ağırlaşdıran halmüəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Əliyev AğaƏli Asəf oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar