Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-589/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının hakimliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis sahə rəisi Şamxal Bağırovun, barəsində inzibati xəta haqqında iş üzrə Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Stepanavan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis sahə rəisi Şamxal Bağırov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis sahə rəisi Şamxal Bağırov bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron, ray, Novxanı kəndi, Gədi yolu adlanan ərazidə Kamaz markalı yük avtomobili ilə torpaq daşımışdır. Bu zaman xidmətdə olan Saray PB-nin sahə polis nəfəri İlkin Orucov tərəfindən ona irad bildirmilmiş, lakin o, irada məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən Saray PB-nə gətirilmiş və onun Şəxs olması müəyyən olunaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X1 xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, iş yoldaşı xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron, ray, Novxanı kəndi, Gədi yolu adlanan ərazidə Kamaz markalı yük avtomobili ilə torpaq daşımışdır. Bu zaman mülki geyimli şəxs ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edib işin dayandırılmasını tələb etmişdir. Onlar işi dayandırmışdılar. Daha sonra ekskavatorun sahibi Ağabəyi çağırmışlar. O, hadisə yerinə gəlmişdir. Sonra Ağabəy mülki geyimli şəxslə kənarda danışmışlar. Ağabəy ona getməyi tapşırmışdır. Onlar getmək istəyərkən polis maşını onların qarşısını kəsmiş və onları bölməyə gətirmişlər.O, polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmədiyini əsas gətirərək inizbati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi sıxsın əməlində inzibati xəta tərkibinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hərəkətində polisə tabe olmamanın və ictimai qaydanın pozmanın əlamətləri yoxdur. O, polisə tabe olmuş, polis nəfərinin dəvəti ilə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə getmiş və heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir. Həmçinin məhkəmə onu nəzərə çatdırır ki, Abşeron rayon RPİ-nin Saray PB-nin polis sahə rəisi Şamxal Bağırov tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını təsdiq edən hər hansı sübut məhkəmə iclasında təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri, digər sübutları, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş materiala obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verib, inzibati protokolu və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib - polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama müəyyən edilmədiyindən onun barəsində başlanılmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Məmmədov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsri ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddəyə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-589/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-589/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver