Məhkəmə qərarları › İş №3(012)-589/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-589/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-589/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin orqanın nümayəndəsi: icra məmuru X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1980-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Şəhriyar Əhmədov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(012)- 481/2024 nömrəli icra vərəqəsinə əsasən ərizəçi Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti olaraq yetkinlik yaşına çatmayan 12 fevral 2012-ci il təvəllüdlü X5 və 25 fevral 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 04 dekabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Borclunun hazırda 1410 manat məbləğində ödənilməmiş borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirdi ki, o, məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçırmır, sadəcə iş yerindən aldığı məvacib borcu bir dəfəyə ödəməyə imkan vermir. Hazırda həmin borcu bir dəfəyə ödəməyə imkanı olmasa da ona vaxt verilərsə qısa müddət ərzində ödəniş edə bilər. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(012)-481/2024 nömrəli icra sənədi üzrə borcunu icra etmədiyindən hazırkı günə 1410 manat borcu yaranmışdır. Hazırda Şəxs ilə razılıq əldə etmiş və sonuncu ona hər ay borcunndan hissə-hissə ödəyəcəyinə söz vermişdir. Ona görə də, Şəxs şikayətçi olmadığını və məhkəmədən onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(012)-481/2024 nömrəli icra vərəqəsinə əsasən ərizəçi Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti olaraq yetkinlik yaşına çatmayan 12 fevral 2012-ci il təvəllüdlü X5 və 25 fevral 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır.

2. Abşeron rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 16(012)-481/2024 nömrəli icra vərəqəsi ilə bağlı 04 dekabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir.

4. Zərərçəkmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı ərizədən görünür ki, borclu ilə aralarında razılığa gəlindiyindən Şəxs şikayətçi olmadığını və onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir Belə ki, həmin maddə inzibati xətanın qəsdən törədilməsini özündə ehtiva edir, məhkəmə prosesində isə borclu tərəfindən alimentin qəsdən ödənilməməsi halı müəyyən edilməmiş, onun qərəzli şəkildə ödəniş etməkdən yayınması sübuta yetirilməmişdir. Həmçinin iş yerinin və əmək haqqının olduğu? lakin əmək haqqına yönəldilmənin təmin edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı Şəxs vermiş olduğu izahatında borcunu ödəməkdən boyun qaçırmadığını, həmçinin Zərərçəkmiş şəxs ilə razılıq əldə etdiyini, həmçinin sonuncu da barəsində icraat aparılan şəxslə razılığa gəldiklərini bildirmişdir. Göstərilən hallar zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə təqdim etdikləri ərizələrlə də öz təsdiqi tapır. Beləliklə məhkəmə Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətindədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar