Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-59/2021 02.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə X2 MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayətlə məhkəməyə müraciət edərək, MN ******* seriyalı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Ə.Rəcəbli 3105-ci məhəllə ünvanında yerləşən “Turac” restoranın işlənməsinə şərait yaratdığına görə 3000 manat cərimələnmişdir. Qeyd edir ki, o, heç bir pozuntu etməyib, inzibati xəta hadisəsi baş verməmişdir və qərarda göstərilənlər işin faktiki hallarına uyğun deyildir. Digər tərəfdən qərarın yazılmasına əsas olan protokol həmçinin mövcud qərar ona təqdim olunmamışdır. Çünki, protokol ilə tanış olmaq üçün şərait yaradılmamışdır. Belə olan halda həmin protokol tələsik ona polis şöbəsində imzalatdırılıb və bildirilib ki, nəticəsi barədə məlumat rəsmi olaraq veriləcək. Lakin hazırki vaxta qədər nə protokol nə də ki xx.xx.2020-ci il tarixli qərar ona rəsmi olaraq təqdim olunmamışdır. Əks halda o, dərhal həmin qərarı mübahisələndirərdi. Bildirir ki, onun konstitusion hüquqları kobud şəkildə pozulub. Barəsində olan cərimə qərarının mövcudluğu barədə ona Abşeron rayon icra və probasiya şöbəsindən zəng olunaraq icra şöbəsinə dəvət olunduğu və icraata başlamaq haqqında qərarla tanış olduğu zaman bilib. Belə olan halda sual yaranır ki, polis orqanı niyə rəsmi olaraq ona məlumat vermədən, ən azından telefon vasitəsilə məlumat verilmədən qərarı icraya yönəldib. Ona görə də Binəqədi RPİ-nin 5-ci PB-nin xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv ləğv edilməsini xahiş etmişdir. Həmçinin şikayət verən şəxs X3 və barəsində şikayət verilən Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə, eyni zamanda telefonla barəsində protokol tərtib edilən şəxsə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli protokola əsasən vətəndaş X3 xx.xx.2020-ci il tarixdə saat 23:40 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli 3105-ci məhəllədə yerləşən Turac restoranında karantin vaxtı fəaliyyət göstərərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması müəyyən edimiş və onun barəsində Azərbaycan Respublikası İXM-in 211-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, qərar ləğv edilməli, aidiyyatı üzrə baxılmaq üçün göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli, inzibati xəta haqqında materiallar aidiyyatı üzrə baxılması üçün Binəqədi rayon Polis İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Göründüyü kimi, Binəqədi rayon Polis İdarəsi 5-si polis bölməsi səlahiyyəti olmadığı halda hüquqi şəxs barəsində qərar qəbul etmişdir. Ona görə də məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 şikayəti qismən təmin edilməli, MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və aidyyatı üzrə səlahyyətli orqana qərarı qəbul edən Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə qəbul olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin və aidiyyatı üzrə baxılması üçün qərarı qəbul edən Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-59/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-59/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver