Məhkəmə qərarları › İş №3(012)-59/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-59/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-59/2022 21.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X2 Azərbaycan Respublikası DİN Səbail RPİ-nin 4-cü Polis Bölməsinin sahə inspektoru N.İsayevin 27.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası DİN Səbail RPİ-nin 4-cü Polis Bölməsinin sahə inspektoru N.İsayevin 27.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 4, ev 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını göstərmişdir. Onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatət əlavə edilməmişdir. İnzibati xətanın törədildiyi yer isə Bakı şəhəri Səbail rayon ərazisidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Səbail RPİ-nin 4-cü Polis Bölməsinin sahə inspektoru N.İsayevin 27.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayonu Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X2 Azərbaycan Respublikası DİN Səbail RPİ-nin 4-cü Polis Bölməsinin sahə inspektoru N.İsayevin 27.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri səbail rayonu məhkəməsinə göndərilsin. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar