Məhkəmə qərarları › İş №3(012)-591/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-591/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-591/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qubadlı rayonu, Mahruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi və izahat verərək əməlindən səmimi peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Saray polis bölməsinin sahə polis nəfəri, polis serjantı İlkin Orucov şahid qismində izahat verməklə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu Novxanı kəndi Gədi yolu adlanan ərazidə xidmətdə olan zaman, bir nəfər şəxsin traktorla kamaz markalı avtomobilə torpaq yığmasını görmüşdür. Həmin şəxslərə yaxınlaşıb, özünü təqdim edib, nə üçün torpaq daşıdıqlarını, torpağın kimə məxsus olduğunu soruşmuşdur.Traktor sürən şəxs həmin traktorun Ağababa adlı şəxsə məxsus olduğunu bildirmiş, o da Ağababa adlı şəxslə əlaqə saxlayıb oraya çağırmışdır. Bir müddət sonra Ağababa adlı şəxs oraya gələrək, kobud şəkildə onunla danışaraq, onu oradan çıxarmaq istəmişdir. Həmin vaxt Ağababa adlı şəxs özünəməxsus Mercedes markalı avtomobillə onun qarşısını kəsərək, traktor sürücüsünə və kamaz avtomobilinin sürücüsünə oradan uzaqlaşmalarını bildirmişdir. Həmin vaxt onlara polisin qanuni tələbinə əməl etməyi bildirmişdir. Lakin həmin şəxslərin heç biri polisin qanuni tələbinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirdilər. O, bu barədə dərhal Saray PBnin NH-nə məlumat verdi. Daha sonra Saray PB-nin NH-nin sürücüsü, polis baş serjantı Elgün Həsənov və Saray PB-nin sahə polis nəfəri, polis serjantı Mirhadi Seyidov yaxınlaşdılar. Biz yenidən həmin şəxslərə polisin qanuni əmrinə tələb etmələrini bildirsə də, onların hər üçü polisin qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdilər. Belə olan halda onları öz iradələrinə zidd halda Saray PB-na gətirmişdilər. Saray PB-də məlum oldu ki, həmin şəxslər 1990-cı il təvəllüdlü Şəxs, 2000-ci il təvəllüdlü Şəxs və 1974-cü il təvəllüdlü X3r. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan AZA 013930 saylı tutma protokolundan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla,cəmi 24 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş rayon Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 200 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə zalından dərhal azad edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla,cəmi 24 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş rayon Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar