Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-592/2025 28.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Prortokol tərtib etmiş şəxs: X9 Polis İdarəsinin X5 üzrə baş inspektor, polis mayoru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Banbaşı Ərazi Dairəsi, Böyük Xocavər kəndində qeydiyyatda olan və Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X9 Polis İdarəsinin YHN baş inspektor, polis mayoru Seymur Nəbiyev tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 03 fevral 2025-ci ildə, saat 00:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsində hərəkət edərkən manevr qaydalarını pozaraq, “VAZ 21723” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsi üçün müəyyən edilmiş sürücülük hüququ 28 noyabr 2024-cü il tarixdən 28 may 2025-ci il tarixədək 06 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 03 fevral 2025-ci ildə, saat 00:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsində manevr qaydalarını pozaraq, “VAZ 21073” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol qapı hissəsi ilə toqquşmuşdur. O, həmin gün sərxoş olmamış, baş vermiş hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Elvin Yusifov hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Abşderon rayon şöbəsinin 14 fevral 2025-ci il tarixli, 318 saylı rəyinə əsasən vətəndaş 1970-ci il təvəllüdlü Mustafayev Nazim oğlunun məhkəmə tibbi ekspertizasına əsasən onun bədən səthində xəsarət aşkar edilməmişdir;
2. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nicat Hadiyev tərəfindən qəbul edilmiş 21 fevral 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİnin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır;
3. “İnzibati xəta haqqında” 28 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 03 fevral 2025-ci ildə, saat 00:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsində hərəkət edərkən manevr qaydalarını pozaraq, “VAZ 21073” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsi üçün müəyyən edilmiş sürücülük hüququ 28 noyabr 2024-cü il tarixdən 28 may 2025-ci il tarixədək 06 ay müddətinə məhdudlaşdırılmışdır;
Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Vaqif Həsənov