Məhkəmə qərarları › İş №3(012)-595/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-595/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-595/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar: X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Yevlax rayonu, Nizami prospekti, 39 D 2 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 03 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(009)- 283/2019 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları X2 yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumiliklə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabir pul məbləğində aliment hər ay alınaraq, cavabdeh X4 verilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 12 fevral 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Yevlax rayon Məhkəməsinin 3(039)-945-2022 saylı qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sözügedən icra vərəqəsi 26 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına aidiyyəti üzrə baxılması üçün daxil olmuşdur. İcra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar tərəflərə göndərilməklə, könüllü icra müddətində ərzində öhdəliyini icra etməsi barədə borcluya rəsmi qaydada xəbərdarlıq olunmuşdur. Bundan sonra borclu ohdəliyini icra etməkdən yayındığı və icra şöbəsinə gəlmədiyi üçün barəsində 17 oktyabr 2024-cü il tarixdə məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. 29 oktyabr 2024-cü il tarixdə hal şahidləri ilə birlikdə borclu Şəxs yaşadığı ünvanda olmuş, lakin sonuncu həmin mənzildə yaşamadığlndan bununla bağlı akt tərtib olunmuşdur. İcra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 04 noyabr 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 1500 manat aliment borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Ülviyyə Rüstəmzadə izahat verərək, bildirdi ki, Şəxs tərəfindən ona borclu olduğu ica vərqəsi üzrə 600 manat borc ödənildiyindən aralarında razılığa gələrək, qalan 900 manat brocu 30 mart 2025-ci il tarixədək ödəməsinə razıdır. Bu səbəbdən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirdi ki, o, məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçırmır, sadəcə işi müvəqqəti olaraq dayandığından aliment borcunu icra edə bilməmişdir. O, hazırda tələbkara 600 manat pul ödəyərək, qalan məbləği isə mart ayının sonunadək ödənilməsi barədə tələbkarla razılığa gələrək, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. X13 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(009)- 283/2019 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları X2 yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumiliklə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabir pul məbləğində aliment hər ay alınaraq, cavabdeh X4 verilmişdir;

2. Yevlax rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 12 fevral 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Yevlax rayon Məhkəməsinin 3(039)-945-2022 saylı qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

4. Sözügedən icra vərəqəsi 26 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına aidiyyəti üzrə baxılması üçün daxil olmuşdur.

5. Borclu ohdəliyini icra etməkdən yayındığı və icra şöbəsinə gəlmədiyi üçün barəsində 17 oktyabr 2024-cü il tarixdə məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir.

6. İcra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 04 noyabr 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir.

7. X7 məhkəməyə ünvanlandığı ərizədən görünür ki, borclu ilə aralarında razılaşdığından Şəxs barəsində tərtib edilmiş inzibati protokol əsasıında iş üzrə icraata xitam verilməsini xahiş edir/

8. Şəxs məhkəməyə ünvanlandığı ərizədən görünür ki, tələbkar X7 ilə aralarında razılaşdığından barəsində tərtib edilmiş inzibati protokol əsasıında iş üzrə icraata xitam verilməsini xahiş edir/

Məhkəmə, icra işinin materiallarını tədqiq edərək, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(009)-283/2019 nömrəli icra sənədi üzrə aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs tərəfindən icra sənədi üzrə borcun ödənilməsinə yönəlmiş yuxarıda göstərilən hərəkətlər onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa həmçinin müəyyən edilmişdir ki, Şəxs yaranmış aliment borcundan 600 manat məbləğində pul ödəmişdir. Bu fakt məhkəmə ödəniş qəbzinə əsasən təsdiq edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmadığını, həmçinin icra sənədi üzrə borc məbləğindən 600 manat pul ödəməsini nəzərə alaraq, hesab edir ki, onun əməlində inzibati tərkibi yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X9 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat mnat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X9 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar