Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-596/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X2nun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022 il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022 il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 24 avqust 2022-ci il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən guya Xızı rayonu Xanagah kəndində dağlıq ərazidə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq ov fəaliyyəti ilə məşğul olmuşdur. Lakin o, ümumiyyətlə ov fəaliyyəti ilə məşğul olmamışdır. Əgər ov etmək niyyəti olsaydı qanuni şəkildə müvafiq orqana müraciət edər və icazə aldıqdan sonra ov edərdi. Onlar qanunla nəzərdə tutulmuş heç bir qaydanı pozmamışlar. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 şikayətin əsassız olduğunu bildirməklə bunu təsdiq edən videogörüntünü məhkəməyə təqdim etdi. Məhkəmə şikayətçini dinləyib, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli və X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi iştirak etmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etmiş və şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi hallar təkzib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. "Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 20.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2. ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3. başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4. ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5. ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6. ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İnzibati tənbeh vermə haqqında xx.xx.2022 il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Xızı rayonu Xanagah kəndində ov qaydalarının kobud şəkildə pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 avqust 2022-ci il tarixli, 74382 nömrəli aktından görünür ki, Xızı rayonu, Xanagah kəndi ərazisində dağlıq ərazidə xx.xx.2022-ci il tarixdə borokonyerliyə və qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə keçirilən reyd zamanı 3 nəfər saxlanılmışdır. X4 iki ədəd 12 kalibirli ata-arms markalı, 15/DO1310 nömrəli bir ədəd ov slahı, 10 ədəd fabrik istehsalı olan plasmas dolu patronlar, 1 ədəd patrondaş aşkar edilərək götürülmüşdür. X8 yazılı izahat verərək qanunsuz ov etdiyini etiraf etmişdir. Digər aktla həmin qeyd edilənlər və xx.xx.2012-ci il tarixli, 1243 nömrəli şəhadətnamə X6 təhvil verilmişdir. Aktın doğruluğu X8 tərəfindən də imza edilməklə təsdiq edilmişdir. "Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası qanunun 2-ci maddəsinə əsasən ov silahı - vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanması, gəzdirlməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydalan”nın 4-cü maddəsinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda (Dəridən, ağacdan və s.-dən düzəldilmiş tapança və ya tüfəng qabı) gəzdirilməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən və video diskdən görünür ki, X8 10 avqust 2022-ci il tarixdə Xızı rayonu, Xanagah kəndində dağlıq ərazidə qanunsuz olaraq ov fəaliyyəti ilə məşğul olmuşdur. Həmin foto və videogörüntülərə baxdıqda müəyyən edilir ki, iki ədəd 12 kalibirli ata-arms markalı, 15/DO1310 nömrəli bir ədəd ov slahı, 10 ədəd fabrik istehsalı olan plasmas dolu patronlar, 1 ədəd patrondaş X4 aşkar edilərək götürülmüş və silahlar patronla doldurulmuş səkildə atışa hazır vəziyyətdə olmuşdur. Habelə hadisə zamanı ovlanmış 6 ədəd kəklik quşu da sübut kimi götürülmüşdür. Bundan başqa X1 ərazi Xızı rayonunun, Xanagah kəndinin yüksək dağlıq ərazisi olmaqla yaşayış məntəqəsindən kifayət qədər uzaq məsafədə olduğundan sadəcə silahla səkil çəkdirmək üçün həmin məsafənin qət edilməsi və silaha patron qoyulmaqla atışa hazır vəziyyətə gətirilməsi ağlabatan və həqiqətə uyğun deyildir. Məhkəmə hesab edir ki, X5 Xızı rayonunun, Xanagah kəndinin yüksək dağlıq ərazisinə digər şəxslə birlikdə atışa hazır vəziyyətdə olan silah və patronlarla getməsi, həm də ovlanmış 6 ədəd kəklik quşu məhz onun qanunsuz ov etdiyini sübut edir. Məhkəmə X8 barəsində inzibati xəta haqqında iş üzrə cərimə edilməsinin əsaslılığını müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İnzibati xəta haqqında işə baxılarkən X5 Xızı rayonu Xanagah kəndində dağlıq ərazidə qanunsuz olaraq ov fəaliyyəti ilə məşğul olması iş materiallarında olan fotoşəkillərlə, videodisklə və 10 avqust 2022-ci il tarixli, 74382 nömrəli aktla öz təsdiqini tapır. Ona görə də məhkəmə hesab edir ki, səlahiyyətli şəxs xx.xx.2022-ci il tarixli MN ******* nömrəli «inzibati xəta haqqında» protokol əsasında X5 inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirildiyindən, şikayət təmin edilməməli qərar dəyişdi Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Göstərilən Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X8 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə qəbul edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022 il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-596/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-596/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver