Məhkəmə qərarları › İş №3(012)-597/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-597/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-597/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıla şəxs Şəxs Comərd qızının və inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-n İTŞ-nin sahə rəisi X1 iştirakları ilə xx.xx.1963-cü il tarixdə Qubadlı rayonunda anadan olmu Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünva 1ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəs R.Əzimov küç, ev 29 ünvanında yaşayan Şəxs Comərd qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xət törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protoko Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlav olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Comərd qızı xx.xx.2020-ci il tarixdə saat 10 radələrind Abşeron rayonu, saray qəsəbəsində mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2 bildirdi ki, Şəxs Comərd qı xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, saray qəsəbəsində mübahisə zaman gəlini Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəx Comərd qızı özünü təqsirli bilərək izahatında etdiyi hərəkətə görə peşman olduğunu, bir daha be hərəkətlərə yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs Comərd qızı bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu izahatınd göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində qaynanası Şəxs tərəfindən ailə-məişə zəmnində mübahisləri olmuş və qaynanası ona xəsarətlər yetirmişdir. Hazırda Şəxs heç bir şikayə və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyekti qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Comərd qızı xx.xx.2020-ci il tarixd saat 10 radələrində Abşeron rayonu, saray qəsəbəsində mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs xəsar yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərd tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasın görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inziba xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs qızının qeyd oluna inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqınd müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X1 ifadəsi, tərtib edilmiş inzibati xə haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, b Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yaln zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparıla şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inziba xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs törətmiş olduğu məlum inzibati xət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutula məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraat xitam verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Comərd qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxslə barışıq əsası ilə xitam verilsin. Şəxs Comərd qızı inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayo Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar