Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-598/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, ev 12/54də qeydiyyatda olan və Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 31360 ( otuz bir min üç yüz altmış) manat məbləğində borc 4574 (dörd min beş yüz yetmiş dörd) manat faiz borcu olmaqla, cəmi 35934 manat məbləğində pul vəsaiti iş üzrə ödənilmiş dövlət rüsumunun 30(otuz) manat pul vəsaiti Şəxs tutularaq X4 verilməlidir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(012)-5553/2015 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Borclu Şəxs borcunu ödəməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana dəfələrlə bildirişlər, xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq o, Abşeron rayon icra şöbəsinə gəlməmişdir. Buna görə də xx xxxxxx 2017-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Hazırda borclu Şəxs oğlunun 35964 manat borcu vardır. Müxtəlif bəhanələr və yalanlara görə borcu ödəməkdən yayınıb. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs oğlu verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5553/2015 saylı icra vərəqəsinə əsasən tələbkar X3 35964 manat məbləğində borcu olduğu qeyd olunur. Lakin Şəxs həmin məhkəmə qərarından heç bir xəbəri olmamışdır. 1 ay ərzində tələbkara olan borcunu ödəyəcəyinə söz verir. Borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs oğlunun 35964 manat məbləğində borcu vardır. İndiyədək heç bir ödəniş etməmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatları və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də hal-hazırda borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-5553 /2015 saylı icra vərəqəsinə əsasən 35964 manat borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 17:15-dən hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-598/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-598/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver