Məhkəmə qərarları › İş №3(012)-599/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-599/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-599/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X3 iştirakı ilə, xx.xx.1975-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Melissa parkda” operator vəzifəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 40-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9038/2019 saylı və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9066/2019 saylı icra sənədlərinə əsasən borclu Şəxs hər ay 320 manat alimentin tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 oğlu bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9038/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9066/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3251/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimnetin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, icra sənədlərinin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs aliment borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki,onun sabit iş yeri və əmək haqqısı var, hər ay 250 manat əmək haqqından 170 manat məbləğində pul tutulur. Onun başqa gəlir yeri yoxdur. Xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında tələbkar X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs aliment borcunu tələb edir və onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9038/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9066/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3251/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimnetin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs mülkiyyətində heç bir əmlak yoxdur. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli, xx/xx-177882- 3O№-li məktuba uyğun olaraq xx.xx.2020-ci il tarixindən etibarən hər ay Şəxs 2520 manat əmək haqqısından 70% tutularaq 175 manat X3 hesabına köçürülür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Borclunun iş yeri üzrə aylıq əmək haqqının 40 faizi miqdarında aliment tutulur. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs əlavə gəlir yeri olması barədə icra şöbəsində məlumat yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar