Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-599/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, şikayətçi "xxxx" QSC-nin baş direktoru X4 nümayəndəsi X2 və Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən tərtib edilmiş 17.03.2022-ci il tarixli protokola əsasən qəbul edilmiş 31.03.2022-ci il tarixli, MN ******* saylı qərardan X4 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin baş direktoru X10 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə tənbeh edilərək 2000 manat məbləğində cərimə edilməsinə dair 31.03.2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" QSC-nin baş direktoru X4 nümayəndəsi X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisinin 31 mart 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 2000 (iki min) manat cərimə olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi və ona 2000 (iki min) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisinin 31 mart 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarı qanunsuz və əsassızdır. Belə ki, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yioxlamaların vahid məlumat reyestrindən alınmış 18.02.2022-ci il tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin 24.02.2022-ci il tarixli YQ-00066 nömrəli yoxlamanın aparılması haqqında qərarına əsasən "xxxx" QSC-nin Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev prospekti,ev 26, "xxxx" MTK ünvanında fəaliyyət göstərən mağazasında yoxlama keçirilmiş və yoxlamanın nəticəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin baş məsləhətçisi X1 və böyük məsləhətçisi X11 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməyi barədə 17 mart 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Yoxlama zamanı "xxxx" QSC-nin ünvan 2 ünvanında fəaliyyət göstərən mağazasında “İşçilər üçün ayrıca geyinib-soyunma otağı təşkil edilməmişdir. Bu məqsədlə anbar sahəsində paltarların saxlanması üçün asılqanlar yerləşdirilmişdir. Həmin sahə pərdə vasitəsilə anbar sahəsindən hüdudlanmışdır. Sanitar qovşaq anbar sahəsində təşkil edilmiş və qapısı birbaşa anbar sahəsinə açılır. Eyni zamanda dezinfeksiyaedici vasitələr və təmizləyici alətlər üçün ayrıca qapalı sahə təşkil edilməmişdir. Belə ki, dezinfeksiyaedici məhlullar və təmizləyici avadanlıqlar birbaşa sanitar qovşaqda saxlanılır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşaiyət olunmalıdır. Lakin satış vitrinində "xxxx" QSC tərəfindən idxal olunan aşağıda adları qeyd olunan məhsulların üzərində Azərbaycan dilinə tərcüməsi mövcud deyildir: -Seebergen” nişanlı polietelen qablaşdırılmış müxtəlif növ çərəzlər və quru meyvələr; -“Birba” nişanlı şokoladlar; -“Qranova” nişanlı makaron,vermeşil məmulatları; - “Zernoff Vodka” nişanlı alkoqollu içkilər və digər alkoqollu içkilər; -“Blijnie qorki” nişanlı varenni qablaşdırılmış bişmiş hisə verilmiş kolbasalar və s. məhsullar. Bununla da sahibkar “Yeyinti məhsulları haqqında AR Qanununun 11-ci maddəsinin tələbini,’’Sanitar-Epidemioloji salamatlıq haqqında” AR Qanununun 3-cü madsdəsinin tələbini pozmuşdur.” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin baş məsləhətçisi X1 və böyük məsləhətçisi X11 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməyi barədə 17 mart 2022ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə görə, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir və bu əməllər inzibati məsuliyyətə səbəb olur. “Standartlaşdırma haqqında” (17 may 2019-cu il tarixli) Azərbaycan Respublikası Qanununun 1.0 və 1.0.2-ci maddələrinə görə, bu Qanunun məqsədləri üçün standart dedikdə - təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəd anlaşılır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin baş məsləhətçisi X1 və böyük məsləhətçisi X11 tərəfindən yoxlama zamanı "xxxx" QSC-nin Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev prospekti,ev 26, "xxxx" MTK ünvanında fəaliyyət göstərən mağazasında standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışı faktı aşkar edilməmişdir. Mağazada aşkarlanmış yuxarıda adları sadalanan məhsulların standarta və normativ sənədlərin tələblərinə uyğun olmayan məhsul olması barədə iş materiallarında hər hansı sübut yoxdur.Həmin məhsullar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq sertifikatlar alınmaqla qanuni yollarla Azərbaycan Respublikasına gətirilmiş, satışa çıxarılmışdır. Məhsulların yararlılıq müddətinin keçməsi və ya digər şəkildə keyfiyyətsiz olması barədə işdə sübut yoxdur. Əslində o qida məhsulu standarta və normativ sənədlərin tələblərinə cavab verməyən məhsul sayıla bilər ki, onun istehsal yeri məlum olmasın,hansı qaydada istehsal olunnması, o cümlədən istehsal edən müəssisə, ölkə, yaxud istehsalçısı məlum olmasın,yararlılıq müddəti keçmiş olsun, tərkibini müəyyən etmək mümkün olmasın.İş materiallarından görünür ki, səlahiyyətli orqanın əməkdaşları məhsulların istehsalçı tərəfindən müəyyən edilən etiket məlumatlarının olub-olmamasını aydınlaşdırmadan məhsulun üzərində dövlət dilinə tərcümə edilmiş etiketin olmamasını qüsur kimi qəbul etmişlər.Halbuki qeyd edilən məhsullar Azərbaycan Respublikasına qanuni üsullarla və lazımi standartlara uyğunluq sertifikatı ilə gətirilmişdir və məhsulların standarta uyğun olmaması ilə bağlı səlahiyyətli orqanda heç bir sübut olmamışdır.Belə olduğu halda əməlimdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığı halda, yoxlayıcılar qanunsuz və əsassız olaraq "xxxx" QSC-nin Baş direktoru kimi guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə yanaşı, həm də Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə 17 mart 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib etmişlər. Yoxlama zamanı "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasına idxal edilən yuxarıda adları qeyd olunan yeyinti məhsullarının üzərindəki etiketlər və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmaması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinin dispozisiyasmda ’’İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmiş müddəaların pozulmasına görəyəni, istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi,saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinin inzibati məsuliyyətə səbəb olması təsbit edilmişdir. Yəni məhsulların üzərindəki etiketlərdə yuxarıda göstərilən məlumatların göstərilməməsi İstehlakçının mal, iş (xidmət) haqqında məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilir və bu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsində nəzərdə tutulmuş xüsusi norma ilə inzibati məsuliyyətə səbəb olur. Əslində isə yoxlama zamanı "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmaması aşkar edildiyindən bu hal yalnız həmin malların üzərindəki etiketlərin məzmununu anlaya bilməyən istehlakçıların mal,iş(xidmət) haqqında məlumat almaq hüquqlarının pozulmasına səbəb olur. Hətta qəbul etsək ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində ümumi normada nəzərdə tutulmuş stsndartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə səbəb olan inzibati xətadır, bu inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453cü maddəsində xüsusi normada inzibati məsuliyyət nəzərdə tutulduğundan,həmin eyni normativ hüquqi aktların ümumi və xüsusi normaları arasında ziddiyyət mövcud olduğundan həmin əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə deyil, Məcəllənin inzibati xətaya görə xüsusi norması ilə inzibati məsuliyyət nəzərdə tutulan 453-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin baş məsləhətçisi X1 və böyük məsləhətçisi X11 tərəfindən yoxlama zamanı "xxxx" QSC-nin Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev prospekti,ev 26, "xxxx" MTK ünvanında fəaliyyət göstərən mağazasında "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmamasını aşkar etməklə tərəfimdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi halda, məsləhətçilər həmin maddə ilə barəmdə inzibati xəta törətməyimlə əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə,əməlimə düzgün hüquqi qiymət verməyərək, əməlimdə inzibati xəta tərkibi olmadığı halda qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyim barədə düzgün olmayan 17 mart 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib etmişlər.Həmin qanunsuz və əsassız protokola əsasən Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisinin 31 mart 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qanunsuz və əsassız Qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş dirktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 2000 (iki min) manat cərimə olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və ona 2000 (iki min) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisinin 31 mart 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarının qanunsuz və əsassız olmasını nəzərə alıb, həmin Qərarın dəyişdirilməsi, əməlinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə tövsif edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi "xxxx" QSC-nin baş direktoru X4 nümayəndəsi, X7 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi X8 şikayətin dəlilləri ilə razılaşmayaraq, bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin 24.02.2022-ci il tarixli YQ-00066 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən "xxxx" QSC-nin Abşeron rayonu, Xırdalan şəhəri,H.Əliyev prospekti,ev 26, "xxxx" MTK ünvanında fəaliyyət göstərən mağazasında yoxlama keçirilmiş və yoxlamanın nəticəsi kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə 17 mart 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Mağazada standartların və normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması halına yol verilmişdir. Belə ki, yoxlama zamanı ünvan 4 ünvanında fəaliyyət göstərən "xxxx" QSC-nin Azza mağazasında “Seeberqen" nişanlı polietelen qablaşdırılmış müxtəlif növ çərəzlər və quru meyvələr, “Birba" nişanlı şokoladlar, “Qranova” nişanlı makaron, vermesil məmulatları, “Zerrtoff Vodka" nisanlı alkoqollu içkilər və digər alkoqollu içkilər, “Blijnie qorki” nişanlı vakkuum qablaşdırılmış, bişmiş hisə verilmiş kolbasalar və s. üzərində etiket tələblərinin pozulması aşkar edilmişdir. Bu da “Yeyinti məhsulları” haqqında qanunun 5-ci və 11-ci maddəsinin tələblərinin pozulması deməkdir. Tərəf sırf azərbaycan dilində tərcümə olunmamış etiketin olmamasını mübahisələndirsə də, qərarı təsdiq edən şəkillər və çəkilişlər var. Burda Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə aid digər pozuntular da mövcuddur. Bu pozuntular ünvan 5 ünvanında fəaliyyət göstərən mağazasında sanitar qovşağı qapısının birbaşa ərzaq məhsuları anbar sahəsinə açılması, işçilər üçün ayrıca geyinib soyunma otağının təşkil edilməməsi, dezinfeksiya məhsulları saxlanılması üçün ayrıca sahənin ayrılmaması da aiddir. Ona görə də hesab edir ki, şikayət verən tərəfin təkcə azərbaycan dilində etiketin olmamasını qabartması düzgün deyil. Hesab edir ki, qərar qanunidir və ləğv olunmamalıdır. Ona görə də şikayətin təmin edilməməsini və qərarın dəyişdirilməməsini xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 18.02.2022ci il tarixli KY221716082 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin 24.02.2022-ci il tarixli YQ-00066 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən ünvan 6 ünvanında fəaliyyət göstərən "xxxx" mağazasında dövlət nəzarəti keçirilmişdir. “Yoxlamanın nəticələri üzrə” qəbul edilmiş 08.04.2022-ci il tarixli qərardan görünür ki, yoxlama zamanı ünvan 4 ünvanında fəaliyyət göstərən "xxxx" QSC-in Azza mağazasında Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiket və adlar, onlardan isifadə qaydaları barədə izahat vərəqələri, başqa dillərlə yanaşı, azərbaycan dilinə tərcüməsi ilə müşaiyət olunmalı olduğu halda, Azza QSC tərəfindən idxal olunaraq mağazanın vitrinində satışı həyata keçirilən aşağıda qeyd olunan “Seeberqen" nişanlı polietelen qablaşdırılmış müxtəlif növ çərəzlər və quru meyvələr, “Birba" nişanlı şokoladlar, “Qranova” nişanlı makaron, vermeşil məmulatları, “Zerrtoff Vodka" nisanlı alkoqollu içkilər və digər alkoqollu içkilər, “Blijnie qorki” nişanlı vakkuum qablaşdırılmış, bişmiş hisə verilmiş kolbasalar və s. malların üzərində azərbaycan dilində məlumatlar qeyd edilməmişdir. Bununla da sahibkar tərəfindən “Yeyinti məhdulları haqqında” Azərbaycan Respublikası qanunun 5-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa həmin qərarda qeyd olunmuşdur ki, işçilər üçün ayrıca geyinib soyunma otağı təşkil edilməmiş sanitar qovşağı qapısının birbaşa ərzaq məhsuları anbar sahəsinə açılmaqla, dezinfeksiya məhsulları saxlanılması üçün ayrıca sahə ayrılmamışdır. Bununla da “Sanitariya-epidemioloji sağlamlıq” haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin 31.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, ünvan 5 ünvanında fəaliyyət göstərən mağazasında sanitar qovşağı qapısının birbaşa ərzaq məhsuları anbar sahəsinə açılması, işçilər üçün ayrıca geyinib soyunma otağı təşkil edilməmiş, dezinfeksiya məhsulları saxlanılması üçün ayrıca sahə ayrılmamışdır. AZZA QSC tərəfindən mağazada satışı həyata keçirilən məhsulların üzərində azərbaycan dilində məlumatlar mövcud olunmadığından "xxxx" QSC-nin baş direktoru X10 Azərbaycan Respublikası İXM-nin 220.2 və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli və araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 453-cü maddəsinə əsasən istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsi bu maddə ilə nəzərdə tutulmuşç inzibati məsuliyyətə səbəb olur. Hazırkı işin materallarında olan inzibati xəta haqqında protokoldan və inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi inzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd edilən normalarını düzgün şərh etməməklə maddi hüququn tətbiqində səhvə yol vermiş, bu da öz növbəsində düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli şəxs tərəfindən “Yoxlamanın nəticələri üzrə” qəbul edilmiş 08.04.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, ünvan 4 ünvanında fəaliyyət göstərən "xxxx" QSC-in Azza mağazasında standartların və normativ sənədlərin tələblərinə cavab verməyən “Seeberqen" nişanlı polietelen qablaşdırılmış müxtəlif növ çərəzlər və quru meyvələr, “Birba" nişanlı şokoladlar, “Qranova” nişanlı makaron, vermesil məmulatları, “Zerrtoff Vodka" nisarılı alkoqollu içkilər və digər alkoqollu içkilər, “Bliinie qorki” nişanlı vakkuum qablaşdırılmış, bişmiş hisə verilmiş kolbasalar aşkar olunmuşdur. Belə ki, satışa çıxarılan həmin məhsulların üzərində azərbaycan dilində məlumatlar qeyd edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, göstərilən qərar əsasında səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında 17.03.2022-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında vəzifəli şəxs inzibati tənbeh vermə haqqında 31.03.2022-ci il tarixli MN ******* saylı qərar qəbul etməklə X5 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilmiş və 2000 manat inzibati cərimə etmişdir. Beləliklə, səlahiyyətli orqanın mövqeyindən görünür ki, X6 qarşı irəli sürülmüş inzibati xəta ittihamı aşağıdakı kimidir. "xxxx" QSC-in "xxxx" mağazasının satıcısı tərəfindən mağazada satılan “Seeberqen" nişanlı polietelen qablaşdırılmış müxtəlif növ çərəzlər və quru meyvələrin, “Birba" nişanlı şokoladların, “Qranova” nişanlı makaron, vermesil məmulatların, “Zerrtoff Vodka" nisarılı alkoqollu içkilər və digər alkoqollu içkilərin, “Bliinie qorki” nişanlı vakkuum qablaşdırılmış, bişmiş hisə verilmiş kolbasaların qablaşdırma materialının üzərində olan etiketdə məhsulun istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və sair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar aşkar olunmamışdır.” Təsvir olunan əməli səlahiyyətli orqanın vəzifəli şəxsi İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndimişdir. Yuxarıda da qeyd edildiyi kimi həmin maddədə nəzərdə tutulan inzibati xəta standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması ilə bağlıdır. Bu normanın mənasına görə satışa çıxarılan malın özü standart və normativ sənədlərin tələblərinə uyğun olmamalıdır. Lakin iş materiallarından, o cümlədən səlahiyyətli orqanın yoxlamanın nəticələrinə dair 08.04.2022-ci il tarixli qərarından və inzibati tənbeh vermə qərarından görünür ki, qeyd edilən mağazada aşkar edilmiş “Seeberqen" nişanlı polietelen qablaşdırılmış müxtəlif növ çərəzlər və quru meyvələrin, “Birba" nişanlı şokoladların, “Qranova” nişanlı makaron, vermesil məmulatların, “Zerrtoff Vodka" nisarılı alkoqollu içkilər və digər alkoqollu içkilərin, “Bliinie qorki” nişanlı vakkuum qablaşdırılmış, bişmiş hisə verilmiş kolbasaların özünü standarta uyğun olmaması ilə bağlı məlumat yoxdur. Səlahiyyətli orqanın vəzifəli şəxsi öz mülahizəsinə görə mal haqqında azərbaycan dilində məlumatın malın qablaşdırma materialının üzərində olan etiketə əks etdirilməməsini malın özünün standarta uyğun olmaması kimi qiymətləndirmişdir. Halbuki, malın özünün qüsurlu istehsalı haqqında iş materiallarında heç bir rəsmi və ya qeyri rəsmi məlumat yoxdur. İrəli sürülmüş inzibati xəta ittihamı isə mal haqqında məlumatın etiketdə qeyd edilməməsi ilə bağlıdır. Məhkəmə baxışı zamanı səlahiyyətli orqanın nümayəndəsi iddia etmişdir ki, işçilər üçün ayrıca geyinib soyunma otağının təşkil edilməməsi, sanitar qovşağı qapısının birbaşa ərzaq məhsuları anbar sahəsinə açılmaqla, dezinfeksiya məhsulları saxlanılması üçün ayrıca sahə ayrılmaması da İXM-nin 447.0.3-cü maddəsinin tərkibini yaradır. Lakin iş materiallarında olan “Yoxlamanın nəticələri üzrə” qəbul edilmiş 08.04.2022-ci il tarixli qərardan görünür ki, işçilər üçün ayrıca geyinib soyunma otağının təşkil edilməməsi, sanitar qovşağı qapısının birbaşa ərzaq məhsuları anbar sahəsinə açılmaqla, dezinfeksiya məhsulları saxlanılması üçün ayrıca sahənin ayrılmaması “Sanitariya-epidemioloji sağlamlıq” haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməklə Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsi tətbiq edilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı səlahiyyətli orqanın nümayəndəsi iddia etmişdir ki, malın üzərində etiketin və etiketdə azərbaycan dilində məlumatların olmaması İXM-nin 447.0.3-cü maddəsinin tərkibini yaradır. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin bu dəlili ilə razılaşmayaraq, qeyd edir ki, mağazadan aşkar edilmiş qida məhsullarının standarta və normativ sənədlərin tələblərinə uyğun olmayan məhsul olması barədə iş materiallarında hər hansı sübut yoxdur. Həmin məhsul qanuni üsullarla Azərbaycan Respubliasına gətirilmiş, satışa çıxarılmışdır. Məhsulun yaralılılıq müddətini keçməsi və ya digər şəkildə keyfiyyətsiz olması barədə işdə sübut yoxdur. Məhkəmənin gəldiyi bu qənaət “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən müddəalarla da öz təsdiqini tapır. Belə ki, həmin Qanunun 11-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır Həmin maddədə daha sonra qeyd edilir ki, Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Göründüyü kimi ölkəyə idxal olunan məhsulun üzərindəki etiketlər olmalıdır, bu etiketlər istehsalçı tərəfindən məhsula əlavə edilməlidir və belə məhsullar Azərbaycan Respublikasına idxal edilikdə istehsalçının etiketi Azərbaycan dilinə tərcümə edilməklə məhsulun üzərinə yapışdırılmalıdır. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqanın əməkdaşları "xxxx" QSC-nin mağazasında aşkar edilən qida məhsulunun istehsalçı tərfindən müəyyən edilən etiket məlumatlarının olub-olmamasını aydınlaşdırmadan məhsulun üzərində dövlət dilinə tərcümə edilmiş etiketin olmamasını malın qüsuru kimi qəbul etmişlər. Halbuki qeyd edilən mal Azərbaycan Respublikasına qanuni üsullarla və lazımi standartlara uyğunluq sertifikatı ilə gətirilmişdir və malın özünün standarta uyğun olmaması ilə bağlı səlahiyyətli orqanda heç bir sübut olmamışdır. Həmçinin Qanunun 13-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları satışa çıxarıla bilər Göründüyü kimi qanun qida məhsulunun keyfiyyəti və qida təhlükəsizliyini və bunun texniki normativ-hüquqi aktların tələblərinə cavab verməsini həmin məhsulun mənşəyini və kefiyyəti barədə sənədləri olması və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilməsi ilə əlaqələndirmişdir. Hazırki işdən görünür ki, mağazadan aşkar olunan məhsun istehsal yeri olan ölkə, istehsal edən fabrik (müəssisə), istehsal tarixi, yaralılıq müddəti, tərkibi kaloriliyi və sair əhəmiyyətli məlumatlar barədə "xxxx" QSC-də mövcuddur. Yalnız belə məlumatlar Azərbaycan dilinə tərcümə edilərək, qablaşdırma materialının üzərinə yapışdırılmamışdır ki, bu da satışa çıxarılan həmin məhsulun keyfiyyətinə xələl gətirən amil kimi qiymələndirilə bilməz. Belə məlumatlar məhsul barədə olan məlumatlardır və yalnız istehlakçı üçün əhəmiyyət kəsb edir. Yəni bu məlumatlar və ya onların əks etdirildiyi etiketlər mal barədə məlumat almasını təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu isə inzibati xətalar qanunvericiliyinin başqa norması ilə tənzimlənən münasibətər sahəsinə aiddir. Belə ki, İXM-nin 453-cü maddəsinə əsasən istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Eyni zamanda qeyd olunmalıdır ki, səlahiyyətli orqanın nümayəndəsi apellyasiya baxışı zamanı iddia etmişdir ki, İXM-nin 453-cü maddəsinin tərkibinin yaranması üçün satılan məhsullar istehlakçının özünün maraqlandığı məlumatlar olmalıdır. Yəni istehlakçı satış yerlərində hansı məhsulla maraqlanırsa, bu məhsul haqqında məlumatın verilmədiyi halda İXM-nin 453-cü maddəsi ilə məsuliyyət yaranır. Digər hallarda isə məsuliyyət İXM-nin 447.0.3-cü maddəsi ilə məsuliyyətin yaranmasına səbəb olur. Məhkəmə bir daha qeyd edir ki, istehlakçının daxil olduğu istənilən satış yerindəki istənilən mal onun həmin malla maraqlanıb-maraqlanmamasından asılı olmayaraq onun potensial maraq dairəsindədir. İstehlaçıya mal haqqında verilməli olan məlumatın qruplaşdırılması, o cümlədən onun maraqlandığı və ya maraqlanmadığı mallara ayrılması qanunvericiliyin mahiyyətinə və məqsədlərinə də uyğun deyil. Ümumilikdə isə satışa çıxarılmış bütün mallar haqqında istehlakçıya lazımi məlumatlar verilməlidir. Bu məlumatlar qida məhsullarına münasibətdə qablaşdırma materialının üzərində olan etiketlər vasitəsi ilə həyata keçirilir. Həmçinin məhkəmə qeyd edir ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin bu dəlilini də əsassız hesab edir və belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə X4 barəsindəki 31.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddəsi ilə təqsirli bilinib, 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 31.03.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 128, 129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 31.03.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-599/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-599/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver