Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-599/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1307/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs İbrahimova (Rzayeva) Gülnarə Nazir qızına məxsus qızıl-ziynət əşyalarından üzük-2,60 qram 750 əyar, qolbaq-2 qram 585 əyar, qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram 750 əyar, komplekt (üzüksırqa)- 8 qram 83 əyar və tək qaş üzük 3 qram 83 əyar qızıl-ziynət əşyalarının alınıb iddiaçı Zərərçəkmiş şəxs Nazir qızına verilməsi qət edilmişdir. İcra vərəqəsinin icra olunması ilə əlaqədar borcluya məlumat verilmiş, telefon əlaqəsi saxlanılmış, icra şöbəsinə dəvət olunmuşdur. Buna baxmayaraq borclu bildirmişdir ki, icra vərəqəsində qeyd olunan əşyalar birgə nikah dövrü zamanı satılmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, tələbkar şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında bildirdi ki, məhkəmə qərarına əsasən qəbul edilmiş qızıl-zinət əşyaları onda yoxdur. Belə ki, həmin əşyalar onların birgə nikahları dövründə satılmışdır. Lakin icra sənədinə hörmətlə yanaşır, icradan boyun qaçırmır.Sadəcə olaraq aliment borcunu ödədiyindən, habelə qəzəl-zinət əşyalarının da qiyməti barəsində icra sənədində qeyd edilmədiyindən, tərəflər arasında razılaşma tələb olunduğundan icra edə bilməmişdir.İcra sənədini tezliklə icra edəcəyinə söz verdi. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1307/2024 saylı qətnaməsinə əsasən, İbrahimova (Rzayeva) Gülnarə Nazir qızına məxsus qızıl-ziynət əşyalarından üzük-2,60 qram 750 əyar, qolbaq-2 qram 585 əyar, qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram 750 əyar, komplekt (üzük-sırqa)- 8 qram 83 əyar və tək qaş üzük 3 qram 83 əyar qızıl-ziynət əşyalarının cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs Nazir qızına verilməsi qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1307/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, sözügedən əmlaklar tərəflərin birgə nikahları dövründə satılmış olsa da, həmin əmlakların özləri olmadığı təqdirdə dəyəri barədə icra vərəqəsində hər hansı pul məbləğinin ödənilməsi göstərilməmişdir. Belə olan da, məhkəmə qərarının icra olunmasında çətinlik yaranmışdır.Borclu icradan yayınmır, tələbkarla razılaşma aparmaga təşəbbüs edir və icra sənədini tezliklə icra edəcəyinə söz verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1307/2024 saylı icra vərəqəsi ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir.Ona görə də icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-599/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-599/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver