Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-6/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun iştirakı ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 02.07.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 02.07.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırdı ki, 22.06.2020-ci il tarixdə 30 saylı xətt üzrə 99JH294 d.q.n avtomobillə yol-nəqliyat hadisəsi törətmiş, hadisə barədə DYP-yə və sığorta şirkətinə məlumat vermiş, DYP-nin əməkdaşı qərəzli şəkildə yol-nəqliyyat hadisəsində onun təqsirli olduğunu bildirmiş və barəsində İXP3340827 saylı inzibati protokol tərtib etmiş, o, DYP əməkdaşına baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmadığını, videogörüntüyə baxdıqdan sonra qərar qəbul etməsini təkidlə bildirsə də, DYP əməkdaşı videogörüntüyə baxmadan onun barəsində protokol tərtib etmiş, daha sonra DYP əməkdaşının barəsində tərtib etdiyi 22.06.2020-ci il tarixli İXP3340827 saylı protokoldan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə şikayət etmiş, Bakı şəhər BDYPİ onun iştirakıyla heç bir araşdırma aparmadan şikayətinə baxaraq şikayətinin əsassız olması barədə qərar qəbul etmiş, hal-hazırda şikayət ərizəsinə əlavə etdiyi video diskdən və məhkəmədə təqdim edəcəyi səs yazısından baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir günahının olmadığı və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğu məlum olur.Buna görə də, o, Azərbaycan Respublikası DİN Bakı şəhər BDYPİ- polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş TP3770162 saylı 02.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin polis leytenantı Zaur Tağıyev tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, “İVECO CLEALİS” avtobus markalı, **-JH-*** d.q.n nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 60 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədləri və hadisə anını əks etdirən görüntünün məhkəməyə təqdim edilməsini sorğu əsasında tələb edib nəzərdən keçirmişdir. Abşeron RPİ-nin 17.11.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, hadisə baş verən zaman qeydə alınmış video görüntünün təqdim edilməsi Bakı şəhər DYPİ-də texniki imkanlar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X4 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamış, ekspert rəyi alınmamışdır. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 02.07.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 02.07.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Yol Polis İdarəsinə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-6/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-6/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver