Məhkəmə qərarları › İş №3(012)-6/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-6/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-6/2024 08.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi və Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ10495579 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ10495579 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında şikayətçi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib edilmiş EQ10495579 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan heç bir məlumatı olmamışdır. Bu səbəbdən də sözügedən protokoldan şikayət vaxtında verməmişdir. Buna görə də prosessual müddətin buraxılması üzürlüdür. Sonda o, barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ10320561 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan prosessual müddətin ötürülməsi səbəbini üzürlü hesab edilməsi və müddətin bərpa edilməsini xahiş etdi. İş materiallarına X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ10495579 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə götürülməsini təsdiq edən rəsmi sənəd əlavə edilməmiş, həmçinin şikayətdə hansı tarixdə götürülməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ10495579 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Vəsatət rədd olunsun. X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ10495579 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar