Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-600/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə X2 Bakı şəhər DYPİ Yol patrul xidməti inspektorunun 03 iyul 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 04 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Bakı şəhər DYPİ Yol patrul xidməti inspektorunun 03 iyul 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 04 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, 03 iyul 2020-ci il tarixdə saat 11:22-də 8103 icazə sistemindən yaşayış yerini tərk etməyə dair mesaj aldıqdan sonra "MedEra" Hospitalına getmiş və klinikada müayinədən keçmişdir. Geri qayıdarkən Bakı şəhəri, Azadlıq prospekti qoşa zapravka adlanan ərazidə postda böyük tıxac olduğu üçün icazə müddəti bitmişdir. Yol patrul xidməti inspektoru onun sənədlərinə baxaraq icazə müddətinin keçdiyini bildirmişdir. Polis əməkdaşına bir neçə dəfə hamilə olduğunu, klinikadan müayinədən qayıtdığını, klinikada gecikdiyi və posta görə yolda böyük tıxac olduğu üçün icazə müddəti bitdiyini bildirmişdir. Lakin buna polis əməkdaşı heç bir əhəmiyyət verrməyərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 200 manat cərimə olunacağını bildirmişdir. "MedEra" Hospitalının 03.07.2020-ci il tarixli tibbi sənədindən görünür ki, tibbi müayinə saat 12:20-də başlamışdır, lakin müayinənin bitmə vaxtı qeyd olunmamışdır. Polis əməkdaşının protokolundan və inzibati tənbeh verməyə dair 04 iyul 2020-ci il tarixli qərarından yuxarı inzibati orqanlara verdiyi şikayətlər heç bir nəticə verməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq polisdən inzibati tənbeh vermə qərarının surətini ala bilməmişdir. Buna görə də 03 iyul 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasənda qəbul edilmiş 04 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, X1 və qərarından şikayət verilmiş Bakı şəhər X6 İdarəsinin əməkdaşı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə X3 və qərarından şikayət verilmiş Bakı şəhər X6 İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və tədqiq edilmiş: İşə əlavə edilmiş portaldan çıxarışdan görünür ki, X5 qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəmə müəyyən etmişdir ki, X3 qərardan şikayət vermə müddətini ötürmüş və inzibati tənbeh vermə haqqında qərarı işə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X4 Kamal qızı Bakı şəhəri DYPİ Yol Patrul xidməti inspektorunun 03 iyul 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 04 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından razı olmadığını bildirmişdir. Məhkəmədə müəyyən edimişdir ki, X5 qızı barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib edilmiş 03 iyul 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 04 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 qızı Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər X6 İdarəsi Yol patrul xidməti inspektorunun 03 iyul 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 04 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 qızının Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər X6 İdarəsi Yol patrul xidməti inspektorunun 03 iyul 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 04 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş X5 qızının şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-600/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-600/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver