Məhkəmə qərarları › İş №3(012)-600/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-600/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-600/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış iş üzrə icraata xitam verilməsi barədə şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Səbail rayonunda törədilmişdir. X1 yaşayış ünvanı ünvan 2ə də, o, şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatəti əlavə etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış iş üzrə icraata xitam verilməsi barədə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış iş üzrə icraata xitam verilməsi barədə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar