Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-602/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, mik- 17, ev 33, mənzil 27-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayınıdan daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 fevral 2021-ci ildə saat 23 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində 3 zolaqlı yolun orta zolağı ilə etibarnamə olmadan idarə etdiyi TOYOTA PRİUS minik markalı 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 95-100 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda bunu etməyib “X4” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ala bilməyib sol zolaqla hərəkətdə olan avtomobili ötüb keçdikdən sonra həmin zolağa daxil olub hərəkəti davam etmək məqsədilə sol güzgüdən arxaya baxarkən, təxminən 2-3 saniyə diqqəti güzgüdə olarkən idarə etdiyi TOYOTA PRİUS minik markalı 99VA350 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi eyni istiqamətdə yolun sağ zolağında neytral vəziyyətdə dayanmış X1 idarə etdiyi MERCEDES BENZ C230 minik markalı 90FL384 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X2 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyədə olunmaqla qançır-şişkinliyi, sağ üst diz qapağının və sağ burun-dodaq büküşü nahiyəsinin sıyrıqları, üst dodağın selikli qişasının səthi əzilmiş yarası xəsarətlərini yetirərək sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirilmişdir. Ona görə də Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 263.1-maddəsinin tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs verdiyi izahatında göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 20.02.2016-cı ildə ona BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 02 fevral 2021-ci ildə saat 23 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində 3 zolaqlı yolun orta zolağı ilə idarə etdiyi TOYOTA PRİUS minik markalı 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 95-100 km/saat sürətlə hərəkət edirdi. Sol güzgüdən arxaya baxarkən sol zolaqla hərəkətdə olan avtomobil ötüb keçdikdən sonra həmin zolağa daxil olaraq hərəkəti davam etdirmiş, təxminən 2-3 saniyə diqqəti güzgüdə olarkən özü də hiss etmədən, nə baş verdiyini başa düşmədən idarə etdiyi avtomobil yolun hərəkət hissəsində aşmışdır. Bildiyinə görə avtomobil bir neçə dəfə çevrilərək sonda yolun sağındakı yol qoruyucu metal çəpərə dəyib damı üstə aşaraq dayanmışdır. Avtomobilin salonundan çıxdıqdan sonra hadisənin necə baş verdiyini öyrənmək üçün ətrafa baxmış, özünün idarə etdiyi avtomobil aşdıqdan sonra MERCEDES BENZ C230 minik markalı 90FL384 dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyini düşünmüşdür. Hadisə zamanı sərxoş olmamış, avtomobildə yük və sərnişin olmamışdır. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 11.02.2021-ci il tarixli, 252 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyədə əhatə olunmaqla qançır-şişkinliyi, sağ üst göz qapağının və sağ burun-dodaq büküşü nahiyəsinin sıyrıqları, üst dodağın selikli qişasının səthi əzilmiş yarası bərk-küt əşya təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş, 580 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, sürücü Şəxs oğlu hadisə vaxtı ayıq olmuşdur. İşə əlavə edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 03.03.2021-ci il tarixli 8/351 saylı rəyinə əsasən TOYOTA PRİUS minik markalı 99VA350 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində X4 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8 və 332.1-ci maddələrinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 09 (doqquz ) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-602/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-602/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver