Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-602/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X4ynun katibliyi, X1nun iştirakları ilə, X15 Polisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan X5 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X15 Polisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon DYP Polis X2 20 mart 2023-cii il tarixli, TP ******* saylı qərarı ilə 30 iyun 1994-cü il təvəllüdlü Saallı rayonu. Xanlarkənd kəndində qediyyatda olan X14 oglıı 25 mart 2023-cü il tarixdə- saat 09:15 radələrində idarə eldiyi "HYUNDAİ 30 minik“ maşını ilə Xırdalan Mühəndislik Universiteti ərazisində hərəkətdə olarkən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 -ci və 327.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Bildirirəm ki, o, 25 mart 2023-cii il tarixdə deyil, 26 mart 2023-cü il tarixdə saxlanılmışdır. Saxlanıldıqdan təxmini yarım saat sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmək üçün Ekologiya postuna aparılmışdır. Bu həmin ərazidə mövcud olan kamera görüntüləri ilə də öz təsdiqini tapır. Lakin qərarda tarix qərəzli qaydada saxtalaşdırılarıq 25 mart 2023-cü il kimi qeyd edilmişdir. Bu faktı təsdiq edən kifayət qədər sübutları var. Belə ki, o, Abşeron rayon DYP əməkdaşı tərəfindən saxlanılan zaman sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Maşınında olan sərnişin də eləcə də kamera görüntüləri də bu faktı təsdiq edə bilər. Bundan əlavə saxlanılan vaxt yəni 26 mart 2023-cü il tarixdə içkili vəziyyətdə olmamışdır. Belə ki, 26 mart 2023-cü il tarixli. 2/7068 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən müəyyən edilmişdir ki, 26 mart 2023-cü il tarixdə saat 11:40 radələrində müayinə edilən X7 alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Hətta saxlanılan zaman məndən rüşvət tələb edilmiş, mənə hədə-qorxu gəlmişlər. Lakin Abşeron rayon DYP Polis X3 qərəzli qaydada vəzilə səalahiyyətlərini aşaraq qanunsuz qərar qəbul edilmişdir. Qərəzli şəkildə öz vəzifə səlahiyyətlərini istifadə edərək onun saxlanılma tarixini saxtalaşdıraraq, sərxoş olmadığı halda qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən də o, heç bir yol hərəkət qaydasını pozmamışdır. Qanunsuz olaraq saxlanılmış və saxlanılan zaman avtomobili sərxoş vəziyyətdə idarə elməmişdir. Odur ki. mən özünü həmin inzibati xətanın törədilməsində təqsirli bilmir və barəsində tərtib olunmuş X10 protokol və qərar qanunsuz və əsassızdır. Bu səbəbdən də heç bir əsası olmadan tərtib edilmiş X10 Qərar ləğv edilməlidir Məhkəmə iclasında iştirak edən X1 şikayətlə eyni məzmunlu izahat verməklə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən və ilkin məhkəmədə iştirak edən X7 şikayətin təmin edilməsini xahiş etdi və bildirdi ki, protokol tərtib olunarkən tarix səhvən xx.xx.2023-cü il tarix göstərilsə də texniki səhv olduğundan sonradan düzəldilmişdir. İş materiallarında olan X15 Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı X10 qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, X5 əməlində həmin Məcəllənin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsindən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərxoşluğun müəyyən edilməsi barədə alkotesterdən görünür ki, inzibati xəta əslində 26 mart 2023-cü il tarixdə olsa da , alkotester 25 mart 2023-cü il tarixə aid olduğundan inzibati xəta törədən şəxsin təqsirli olmasına dair şübhə mövcuddur Sözügedən X10 iş üzrə isə X5 əməlində həmin maddənin dispozisiyasında göstərilən pozuntunun olmasını müəyyən etmək mümkün deyildir. Bu da bir daha sübut edir ki, DYP tərəfindən iş üzrə tam, hərtərəfli və dəqiq araşdırma aparılmadan şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq iş materialları toplanmaqla barəsində inzibati icraat aparılaraq düzgün qərar qəbul edilməmişdir. Ona görə də, məhkəmə X5 əməlində qeyd olunan inzibati xəta tərkibinin olmaması səbəbi ilə verilmiş şikayətin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində X10 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X10 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X10 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X10 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X10 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində X10 iş üzrə icraat aparılan şəxsin iştirakı ilə X10 protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş X10 protokolun surəti barəsində X10 iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Məhkəmədə X5 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması barədə şübhələr olduğuna görə məhkəmə belə nəticəyə gəlir ki, barəsində tərtib edilmiş protokol əsasında mütəxəssis rəyi olmadan onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X10 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 53.1.2-ci inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İXM-in 333.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis X2 xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 Azərbaycan Respublikası İXM-in 333.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis X2 29.03..2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-602/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-602/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver