Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-604/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, X2 və onun müdafiəçisi Sumqayıt regional vəkil bürosunun vəkili X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X5 iştirakı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14.06.2019-cu il tarixli, MN ******* saylı və 18.06.2019-cu il tarixli MN ******* saylı qərarlardan X9 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X16 oğlu şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə tənbeh edilərək hər bir qərar üzrə 1000 (min) manat olmaqla cəmi 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair 14.06.2019-cu il tarixli, MN ******* saylı və 18.06.2019cu il tarixli MN ******* saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsinin müdiri X6 tərəfindən 14.06.2019-cu il tarixli MN ******* nömrəli, 18.06.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, Ceyranbatan qəsəbəsində icarəsində olan 0,205 ha və 0, 0548 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararaq torpağın münbit qatını korlamışdır. Bununla da AR İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin Məcəllənin 144.1-ci maddəsini rəhbər tutan İ.Ç,Məmmədov inzibati xətanı törətdiyinə görə barəsində hər bir qərar üzrə 1000 (min) manat olmaqla cəmi 2000 (iki min) manat inzibati cərimə tənbeh növü tətbiq edilməsini qərara almışdır. Barəsində qərar qəbul edilmiş torpaq sahələri ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən X9 icarəsindədilər. Həmin qərarlar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Mühahisələndirilən 14.06.2019-cu il tarixli ******* nömrəli, 18.06.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar onu qəbul etmiş orqanlar tərəfindən rəsmi qaydada X10 təqdim edilməmişdir. X15 qərarları İcra və Probasiya İdarəsindən əldə etmişdir. Buna görə də şikayət etmə müddəti ötürülməmişdir. 14.06.2019-cu il tarixli ******* nömrəli, 18.06.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar AR İXM-nin 244.2-ci maddəsinə əsasən tərtib edilmişdir. Lakin qərarı qəbul etmiş orqan onun tərəfindən torpağın münbit qatının korlanmasına dair heç bir sübut təqdim etməmişdir. Buna dair heç bir araşdırma aparılmamış, münbit qatın korlanıb-korlanmadığı müəyyən edilməmişdir. Cavabdeh orqan yalnız tikilinin olmasına əsaslanaraq torpağın münbit qatının korlanması qənaitinə gəlmişdir. Qərar heç bir sübut olmadan qəbul edilmişdir. 18.06.2019-cu il tarixli qərarda göstərilir ki, qərar AR İXM-nin 144.1-ci maddəsinin tələbləri rəhbər tutularaq tərtib edilmişdir. Bu maddəyə əsaslanaraq qərarın tərtib edilməsi həmin qərarın qəbul edilməsi zamanı necə səhlənkarlığa yol verildiyini sübut edir. Belə ki, cavabdeh orqan qərarlar qəbul etməzdən əvvəl heç bir araşdırma aparmamışdır. Torpaq üzərində tikinti işlərinin aparılması qanunsuz olmamışdır. Torpaq sahələri üzərində tikinti işi Abşeron rayon İcra Hakimiyyətinin rəsmi icazəsi ilə həyata keçirilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 27.10.2014-cü il tarixli və 13.02.2015-ci il tarixli tikinti işlərinə razılığın verilməsinə dair rəsmi məktubları mövcuddur. Belə olduğu təqdirdə torpaq üzərində tikililərin olmasına görə cərimə edilməyi tam qanunsuzdur. AR İXM-nin 244.2-ci maddəsinin sanksiyasında 600 manatdan 1000 manatadək məbləğdə cərimə qeyd edilmişdir. Amma buna baxmayaraq cavabdeh orqan tərəfindən heç bir əsas olmadan ən yüksək məbləğdə cərimə tətbiq edilmişdir. Buna görə də 14.06.2019-cu il tarixli ******* nömrəli və 18.06.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş edir. X1 müdafiəçisi Sumqayıt regional vəkil bürosunun vəkili X4 şikayəti müdafiə edərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 14.06.2019-cu il tarixli ******* nömrəli və 18.06.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərkən heç bir araşdırma aparılmamışdır. Torpaq sahələri üzərində tikinti işləri qanuni olaraq aparılmış və Abşeron rayon İcra Hakimiyyətinin rəsmi icazəsi ilə həyata keçirilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 27.10.2014-cü il tarixli və 13.02.2015-ci il tarixli tikinti işlərinə razılığın verilməsinə dair rəsmi məktubları mövcuddur. Buna görə də qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsinin nümayəndəsi X7 verdiyi izahatında göstərmişdir ki, 14 iyun 2019-cu il tarixli qərara əsasən X3 rayonu, Ceyranbatan qəsəbəsində Bakı-Quba yolunun sağ tərəfində icarəsində olan 0,205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ticarət obyekti tikmiş və torpağın münbit qatını korlamışdır və 18 iyun 2019-cu il tarixli MN ******* saylı qərara əsasən Abşeron rayonu Ceyranabatan qəsəbəsi ərazisində yerləşən icarəsində olan 0,0548 ha olan kənd təsrrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparılaraq torpağın münbit qatı korlanmışdır. Buna görə də şikayətin təmin edilməməsini xahiş edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinə əsasən torpaqların ( meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X15 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Buna baxmayaraq X16 oğlunun inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə X16 oğlunun inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası İXM-in 244.2-ci maddəsinə əsasən torpaqların ( meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsi əraziyə baxış keçirərkən rəsmi icazənin olub-olmamasını araşdırmadan X9 Ceyranbatan qəsəbəsində icarəsində olan 0,205 ha və 0,0548 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararaq torpağın münbit qatını korladığı qənaətinə gəldiyinə görə onun barəsində qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmədə X16 oğlunun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X16 oğlunun Azərbaycan Respublikası İXM-in 244.2-ci maddəsi ilə təqsirli bilinib, hər bir qərar üzrə 1000 (min) manat olmaqla cəmi 2000 (iki min) manat manat məbləğində cərimə edilməsinə dair 14.06.2019-cu il tarixli, MN ******* saylı və 18.06.2019-cu il tarixli MN ******* saylı qərarlar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X16 oğlunun Azərbaycan Respublikası İXM-in 244.2-ci maddəsi ilə təqsirli bilinib, hər bir qərar üzrə 1000 (min) manat olmaqla cəmi 2000 (iki min) manat manat məbləğində cərimə edilməsinə dair 14.06.2019-cu il tarixli, MN ******* saylı və 18.06.2019-cu il tarixli MN ******* saylı qərarlar ləğv edilsin. X16 oğlu barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-604/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-604/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver