Məhkəmə qərarları › İş №3(012)-605/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-605/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-605/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müzəffər oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonu, Mehrablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Masazır şosesinin şimalında qeydiyyatda olan və yaşayan Şəxs Müzəffər oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola, icra işi ilə birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və X6 Nicat Müzəffər oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol məhkəməyə daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1481/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Zeynəb və Şükufənin anaları X2 yanında saxlanmalıdır. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 oğlu bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1481/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçı Şəxs Müzəffər oğlunun cavabdeh X3 qarşı nikahın pozulması və uşağın atanın himayəsinə verlməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxx 2016-cı il təvəllüdlü Axundzadə Zeynəb qızının və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları X2 yanında qalması qət edilmişdir. Lakin cavabdeh Şəxs Müzəffər oğlu bildirir ki, uşaqlar ananın yanında qalmaq istəmir. Ona görə də borclu Şəxs Müzəffər oğlunun qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müzəffər oğlu izahat verərək bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1481/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 29.05. 2016-cı il təvəllüdlü Axundzadə Zeynəb qızının və xx.xx.2014-cü il təvəllüdlü X4 anası X2 yanında saxlanması qət olunmuşdur, lakin o dəfələrlə cəhd etməsinə baxmayaraq uşaqlar ağlayır və anasının yanında qalmaqdan imtina edir, bu barədə videogörüntü və psixoloq rəyi də mövcuddur. Ona görə də hesab edir ki, onun əməlində heç bir inzibati xətanın tərkibi mövcud deyil. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1481/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx xxx 2016-cı il təvəllüdlü Axundzadə Zeynəb qızının və xx.xx.2014-cü il təvəllüdlü X4 xx xxxxxx 2018-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 yanında saxlanması həmçinin hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi, xx xxx 2016-cı il təvəllüdlü Axundzadə Zeynəb qızının və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 01 ədəd DVD diskdən görünür ki, borclu Şəxs uşaqlarla birlikdə X7 rayonunda yaşadığı evə getmişdir. Videoda, uşaqlar Zeynəb Axundova və Şükufə Axundova dayanmadan ağlayır və orada qalmaqdan imtina edir. Abşeron rayon İcra hakimiyyətindən Abşeron rayon İcra və Probasiya şöbəsinin rəis müavini Emil Hadıyevə ünvanlanmış məktubdan görünür ki, Abşeron rayon İcra şöbəsinin icraatında olan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1481 /2019 xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 cavabdeh X2 yanında saxlanılması qət olunsa da hazırki vəziyyətdə hər iki azyaşlı anasının yanına getməməsinin səbəbi ilə əlaqədar Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən hər iki azyaşlının valideyinlərinə olan münasibəti araşdırmaq məqsədi ilə psixoloqlar dəvət olunmuş və onların psixoloji vəziyyəti araşdırılmış, hər iki valideyinə olan münasibət öyrənilmişdir. Psixoloqların verdiyi rəyə əsasən hər iki azyaşlı analarına qarşı çox aqressivdir, atalarına daha çox bağlıdır. Uşaqlar hazırda atalarının yanında özlərini çox rahat hiss edirlər. Atalarına qarşı sevgiləri çoxdur. Ananın adı çəkiləndə hər ikisi aqressivləşir. Belə olan halda psixoloqlar hesab edir ki, uşaqların psixoloji durumuna mənfi təsir etməsin deyə atalarına daha çox sevgilərinin olmasını nəzərə alaraq hal-hazırki dövrdə hər iki azyaşlının ataları Şəxs Müzəffər oğlunun yanında qalması məqsədəmüvafiq hesab olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Müzəffər oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Axundov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. izahatından, məhkəmə prosesində təqdim olunmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs Müzəffər oğlunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə prosesində də borclu Şəxs Müzəffər oğlu bildirmişdir ki, o qətnaməyə hörmətlə yanaşır və icra etməkdən imtina etmir, lakin uşaqlar özləri analarında yox atalarının yanında qalmaq istəyirlər. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs Müzəffər oğlunun əməlində qətnaməni qəsdən icra etməməsi iş materialları ilə təsdiq olunmadığından iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, protokolun məzmunu ümumiyyətlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini özündə ehtiva etmir, yalnız icra vərəqində olan, yəni qətnamənin qət etdi hissəsi olduğu kimi protokola köçürülmüş, lakin borclunun icra məmurunun hansı tələblərini qəsdən icra etməməsi, həmin tələblərinin nə olması və başqa hallar qeyd olunmamışdır. Həm də iş materiallarında olan sənədlər borclunun təqsirini deyil əksini sübut edir. Belə olan halda, Şəxs Müzəffər oğlu icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs Müzəffər oğlunun əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yol verilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Müzəffər oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar