Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-614/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X1nun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin 10.01.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 26.01.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində üzümlük sahəsində Abşeron rayon İcra hakimiyyəti başçısının 06.11.2015-ci il tarixli №1612/1-T saylı tikintiyə icazə məktubuna əsasən 0,03 ha torpaq sahəsində kiçik təsərrüfat binasında yay mövsümündə ailəsi ilə birlikdə yaşayır. Həmin torpaq sahəsini Azərbaycan Respublikası DƏDRX-nin 31.08.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən ona məxsusdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin 26.01.2022-ci il tarixli MN № ******* saylı inzibati-tənbeh vermə haqqında qərarı ilə onu guya kənd təsərrüfatı təyinatlı torpaq sahəsini başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İXM-nə əsasən 500(beş yüz) manat cərimə etmişlər. Hesab edir ki, onların bu hərəkəti, tərtib etdikləri qərar qanunsuz və əsassızdır. Bu səbəbdəndə sözü gedən qərar ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Məlumat üçün bildirir ki, pandemiya dövründə uzun müddət tempuraturu olmuş və müalicə almışdır. Heç bir qanunsuz hərəkətə yol verməmiş, qeyd edilən ünvanda, oranı alanda mövcud olan təsərrüfat məqsədli tikilidə yay mövsümündə 0,03 ha torpaq sahəsində ailəsi ilə birlikdə elektrik enerjisi olmayan bir şəraitdə yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edir. Məhkəməsinin iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X4 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və 26.01.2022-ci il tarixli MN № ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, 10.01.2022-ci il tarixdə Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən X3 mülkiyyətində 0,03 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əməkdaşların iştirakı ilə monitorinq keçirilmişdir. Araşdırma aparılan ərazidə müəyyən olunmuşdur ki, həmin torpaq sahəsinin təyinatını dəyişdirmədən təyinatından kənar olaraq birqat daş hasarın inşası aparılır. Bununla da Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tələbləri pozulmuş və bu barədə akt tərtib edilmişdir. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, X6 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təyinatı üzrə istifadə edilmir, halbuki, Torpaq Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulduğu kimi kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsinə dair məqsədlər üçün istifadə edilə bilər. Foto şəkillərdən də göründüyü kimi birqat daş hasar inşa etdirilməklə torpaqdan təyinatı üzrə istifadəsi həyata keçirilməmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: 10.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 26.01.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 06.11.2015-ci il tarixli 1612/1-T saylı məktubundan görünür ki, X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarış ilə Saray qəsəbəsində mülkiyyətinizdə olan 0,03 ha torpaq sahəsində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədi ilə tikinti işlərinin aparımasına aşağıdakı şərtlər daxilində etiraz olunmamışdır: 1)tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın, 2) tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun, 3) tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa, müvcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun. DƏDRX-nin 31.08.2021-ci il tarixli ********** saylı çıxarışından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatı məhsullarının istehsalı) torpaq sahəsidir və X3 mülkiyyətindədir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 10.01.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 26.01.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron rayon ərazi şöbəsinin 26.01.2022ci il tarixli MN № ******* qərarından razı olmadığını bildirsə də təqdim edilən geniş görüntülü fotoşəkillərdə sonuncunun mülkiyyətində olan torpaq sahəsinin inşa edilmiş birqat daş hasar mövcud olması da görünməklə, həmin sahənin əkin sahələri kimi istifadə olunmaması müəyyən olunur. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin tələblərinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilə bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə müvafiq olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi X6 mülkiyyətində olan 0,03 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti aparılmasına başlamazdan əvvəl yuxarıda qeyd edilən qanun normasının tələbinə uyğun olaraq torpağın kateqoriyasının dəyişdirilməsini həyata keçirmədən torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayaraq dəmir konstruksiyalardan istifadə etməklə birqat daş hasar işləri aparılması ilə qanunvericiliyinin tələblərini pozmuş bu səbəbdən də barəsində əsaslı olaraq inzibati tənbeh tədbiri görülmüşdür. Beləliklə, hazırki iş üzrə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlirəm ki, X3 mülkiyyətində olan 0,03 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq daşla hasarlayaraq tikinti işləri aparması ilə əlaqədar qanun pozuntularına yol verilməsi faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 26.01.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 26.01.2022-ci il tarixli MN № ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 10.01.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 26.01.2022-ci il tarixli MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-614/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-614/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver