Məhkəmə qərarları › İş №3(012)-615/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-615/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-615/2024 03.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlarından şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlarından şikayəti Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, X1 Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 469.3 və 332.3 maddələri ilə, yəni qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə sığorta müqaviləsinin bağlanmamasına görə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 469.3. maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2.maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görəyüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3. maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- Göründüyü kimi inzibati xəta hadisəsinin birincisi bilavasitə şikayətçinin hərəkətsizliyi ilə baş verən inzibati xəta hadisəsi ilə inzibati xətanın başvermə yeri şikayətçinin qeydiyyat-yaşayış yeri olan Xətai rayonu ərazisi hesab olunur. Ona görə də hesab edirəm ki, şikayət ərizəsi baxılması üçün ərazi məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Xətai rayonuna göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, İXM-in 110.1 və 129.1.3-cü maddələrinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, istər inzibati xəta haqqında protokola, istərsə də inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərardan verilən şikayətlərə inzibati xəta hadisəsinin törədildiyi yerin məhkəməsində baxılmalıdır. Hər iki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yaşadığı yerinə məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlarından şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlarından şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar