Məhkəmə qərarları › İş №3(012)-617/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-617/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-617/2022 17.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 oğlunun iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işsiz, Goranboy rayonu Dəliməmmədli şəhəri S.Vurğun küçəsi ev-10 da qeydiyyatda olan və Xırdalan şəhəri Qalubiyyə küçəsi “İnşaat” yaşayış kompleksi ev 2 mənzil 31 ünvanında yaşayan Şəxs Xəqani qızının barəsində Abşeron Rayon Polis İdarəsinə daxil oolmuş Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-ni polis sahə rəisi polis mayoru X4 tərəfindən tərtib edilmiş MN1177983 saylı Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-ni polis sahə rəisi polis mayoru X4 bildirdi ki, 21.11.2021-ci il tarixdə Xırdalan şəhəri, Qalubiyyə küçəsi, "İnşaat" yaşayış kompleksi, ev 2, mənzil 31-də yaşayan vətəndaş Həsənova X3 rayonu. Xırdalan şəhəri. Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi ev 52-də yaşayan vətəndaş X1 800 manat dəyərində “İphone" markalı mobil telefonunu yerə atmaqla ona 350 manat dəyərində maddi ziyan vurmuşdur. Buna görə də şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs Xəqani qızı məhkəmə prosesində olan izahatından görünür ki, dəymiş zərəri ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs X5 oğlu bildirdi ki, 21.11.2021-ci il tarixdə saat 19 radələrində Xırdalan şəhəri, Qalubiyyə küçəsi, "İnşaat" yaşayış kompleksi, ev 2 mənzil 31-də yaşayan vətəndaş Həsənova X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi ev 52-də yaşayan vətəndaş X1 350 manat dəyərində “İplıone" markalı mobil telefonunu yerə atmaqla ona maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 08.aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs Xəqani qızının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ -nə göndərilmişdir. Qərardan görünür ki, 21.11.2021-ci il tarixdə X1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi ev 52-də yaşayan vətəndaş X1 350 manat dəyərində “İphone" markalı mobil telefonunu yerə atmaqla ona maddi ziyan vurmuşdur. İş materiallarında olan X5 ərizəsindən görünür ki, onun barəsində icraat aparılan şəxs Şəxs ilə barışdığına görə ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan barəsində icraat aparılan Şəxs ərizəsindən görünür ki, o zərərçəkənlə barışmış və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Xəqani qızının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs Xəqani qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Maddi sübut sahibinə qaytarılmalıdır. Ekspertiza xərci 150 manat Şəxs Xəqani qızından tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs Xəqani qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Maddi sübut sahibinə qaytarılsın. Ekspertiza xərci 150 manat Şəxs Xəqani qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar