Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-617/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi X1 və maraqlı şəxs Xırman MMC-nin nümayəndəsi X4 iştirakı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin Dövlət X14 TP ******* saylı, 17 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X9 şikayət verərək qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, tərəflərindən ödənilmiş 135 manat cərimənin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 tərəfindən şikayət onunla əsalandırılmışdır ki, X3 "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Ona İXP ******* saylı inzibati xəta haqqında protokol-qərar tətbiq edilmişdir. Belə ki, “Xırman" MMC-nin mülkiyyətində olan Qazel markalı **-JA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində saat 14:00 - 15:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi duz gölü adlanan ərazidə DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilmişdir (protokol və akt tərtib edilmədən). Həmin vaxt sükan arxasında o, olmamışdır. Maşını idarə edən "xxxx" MMC-də sürücü vəzifəsində işləyən X5muşdur. Bununla bağlı yol vərəqəsinin surəti işə əlavə edilmişdir. Avto nəqliyyat vasitəsinin qanunsuz və əsassız olaraq cərimə meydançasına yerləşdirilməsi barədə "xxxx" MMC-nin rəhbərliyi Abşeron rayon X17i şöbəsinə və Abşeron rayon polis idarəsinə dəfələrlə edilsədə müraciətlərə cavab verilməmişdir. Yalnız bir neçə yazılı müraciətlərindən sonra, xx.xx.2024-cü il tarixində sms radar proqramı ilə İXP ******* nömrəli protokolla İXM-nin 342.2.2 maddəsinə uyğun olaraq mənə cərimə göndərilmişdir. Cərimə meydançasına yerləşdirilən avtonəqliyyat vasitəsinin mülkiyyətçisi əmlakının harada, hansı cərimə meydançasında yerləşdirilməsindən onun adına elektron protokol göndərilənə kimi xəbərsiz olmuşdur. Qeyd olunan elektron protokola əsasən məcburiyyətdən nəzərdə tutulmuş cəriməni xx.xx.2024-cü il tarixində ödəyərək, xx.xx-2024-cü iltarixində (21 gün duracaq haqqı) müvəqqəti duracağa 65 (altımış beş) manat pul ödəyərək (ödənişlə bağlı qəbz verilməmişdir) avtonəqliyyat vasitəsini müvəqqəti duracaqdan götürmüşlər. İnzibati protokolun qeyri qanuni olaraq onun adına tərtib edilməsi ilə yanaşı, inzibati protokolu tərtib edən Abşeron rayon DYP Yol Patrul Xidməti İnspektoru polis serjantı Mirzəyev urqay Elxan oğlunun dislakasiya üzrə həmin ərazidə xidmət aparmaq icazəsi olub olmadığı və yaxud onun məhz həmin vaxtı orada olub olmaması barədə"xxxx" MMC-nin rəhbərliyinin müraciətlərinə Abşeron rayon DYP Şöbəsi tərlindən cavab verilməmişdir. Bundan əlavə yük maşının saxlanması və cərimə meydançasına yeriəşdirilməsini təsdiq edən heç bir rəsmi akt və inzibati protokol tərtib edilməmişdir. Maşının cərimə meydanaçasına yerləşdirilməsini guya maşına əlavə avadanlığın qurraşdırılması ilə əsaslandırıblar.Onların əlavə avadanlıq hesab etdikləri, tentin saxlanması üçün qoyulmuş nazik taxta reykaların, küləyə yağışa davam gətirmədiyindən dəmir reyka ilə əvəzlənməsidir. Bununla əlaqədar olaraq, "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2024-cü il tarixli məktubla Abşeron rayon X17i şöbəsinə müraciət edərək bidirmişlər ki, “Avadanlıq- hər hansı bir işdə istifadə funksional olaraq həmin avtonəqliyyat vasitəsinə fəaliyyətini yerinə yetirməkdə hansı formada və necə təsir göstərir? Bütün bu suallar Abşeron rayon DYP Yol Şöbəsi tərəfindən cavablandırılmamışdır. Odur ki, hesab edirəm mənim adıma tərtib edilən xx.xx.2024-cü il tarixliinzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır.Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi,ödədiyi 135 manat pulun ona geri qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Xırman MMC-nin nümayəndəsi X11 məhkəmə iclasında şikayətçinin izhatına uyğun izahat verdi. Şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Abşeron Rayon Dövlət X14 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ X17 şöbəsinin nümayəndəsi X7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. 17 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Yük avtomobilləri üçün yol vərəqəsindən görünür ki, 01 yanvar -31 yanvar arası Qazel markalı **-JA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürücü X12 idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 342.2.2-ci maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- 150 məbləğində cərimə müəyyən olunmuşdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirləndirilən X3 barəsində qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmədiyindən,həmçinin təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş yük avtomobilləri üçün yol vərəqəsindən görünür ki, 01 yanvar -31 yanvar arası Qazel markalı **-JA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürücü X12 olmuşdur. Odur ki, şikayət verən şəxsin törədilmiş inzibati xətaya aidiyyatı sübuta yetirilməmişdir. Belə olan halda xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın məhz Ziya Gülməmmədov tərəfindən törədilməsini təsdiq edən yetərli sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin Dövlət X14 TP ******* saylı, 17 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ödənilmiş cərimə məbləğinin geri qaytarılması hissəsində şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin Dövlət X14 TP ******* saylı, 17 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə əsassız olduğundan rədd edilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-617/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-617/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver