Məhkəmə qərarları › İş №3(012)-619/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-619/2020

14.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-619/2020 14.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zəngilan rayonu, Məmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Muradbəyli sahəsində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində, respublika ərazisində qarantin rejimi ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “xxxx” ASC-nin filialnın qarşısında karantin rejimini pozulmuşdur. Buna görə Şəxs Azərbaycan RespublikasıİXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində, respublika ərazisində qarantin rejimi ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “xxxx” ASC-nin filialnın qarşısında karantin rejimini pozulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “xxxx" ASC-nin filialnın qarşısında polis əməkdaşı respublika ərazisində qarantin rejimi ilə əlaqədar ona şəhərə çıxmağa icazəsi olub-olmadığını soruşaraq, onun texniki qaydalara əməl etmədiyinə, yəni epidemiya əleyhinə xüsusi əlcək və maskadan istifadə etmədiyinə irad bildirmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar