Məhkəmə qərarları › İş №3(012)-619/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-619/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-619/2024 02.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil2 iştirakları ilə, Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 3(012)-619/2024 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2024-cü il tarixli, 3(105)-190/2024 saylı qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 3(012)-619/2024 nömrəli, 02 aprel 2024cü il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli icra sənədinə əsasən mülki işə baxılıb qurtarandək ünvan 5 ünvaında tikinti işlərinin aparılması cavabdeh Şəxs və başqa şəxslərə qadağan edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin icra sənədi üzrə icraatına başlanılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(012)- 32/2024 nömrəli icra sənədinin xx.xx.2024-cü il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Bundan başqa ayrı-ayrı vaxtlarda həmin ünvanda olmuş və iş materiallarına əlavə etdiyi aktlarda göstərilən şəxslərin həmin ünvanda tikinti apardığını müəyyən etmişdir. Həmin şəxslər Abşeron Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və onların fəhlə olduqları müəyyən edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli icra sənədi barədə məlumat verilmişdir. Həmin şəxslərdən izahat alınmış və onlar Şəxs tanımadıqlarını bildirmişlər. Sadəcə olaraq qərarın icra edilməməsinə görə məsul şəxs Şəxs olduğu üçün, həmçinin Zərərçəkmiş şəxs tikinti və təmir işlərinin məhz Şəxs tərəfindən aparıldığını bildirdiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Ümumiyyətlə həmin ünvanda ayrı-ayrı vaxtlarda olmasına baxmayaraq Şəxs orada görməmişdir. İcra sənədinə əsasən borclu şəxs Şəxs olduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli icra sənədinə əsasən heç bir qanuna zidd hərəkət etməmişdir. Həmin ünvanda heç bir təmir-tikinti işləri aparmamışdır. Tikinti aparan fəhlələrin heç birini tanımır. Həmin binadakı mənzillər ayrı-ayrı şəxslərə satılmışdır.Evi alan şəxslər öz mənzillərində tikinti-təmir işləri aparırlar. Onun həmin binada aparılan tikinti, təmir-bərpa işləri ilə bağlı hər hansı bir ələqəsi yoxdur, sadəcə olaraq zərərçəkmiş şəxslə onun arasında zərərçəkmiş şəxsin torpağının alınmasına dair irəli sürdüyü qiymətlə bağlı razılığa gələ bilməməkləri hazırda Zərərçəkmiş şəxs ona qarşı bü cür əsassız olmayan şikayət və tələblər irəli sürməsinin səbəbidir. Törədilmiş inzibati xətada təqsiri və aidiyyatı olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, həmin binanın heç bir sənədi, istismar aktı yoxdur, lakin borclu şəxs həmin binanı başqa sakinlərə satdığını və həmin şəxslərin tikinti-təmir işləri aparmasını bildirsə də, həmin binada tikinti təmir işləri məhz Şəxs təlimatı ilə aparılır. O, bir neçə dəfə mübahisəli binada çəkiliş aparmış və müəyyən olunmuşdur ki, çəkiliş zamanı həmin binada tikinti və təmir işləri aparan fəhlələr əslində Şəxs təlimatı ilə işləyiblər. Sadəcə olaraq onun adını özləri bilərəkdən demirlər ki, Şəxs məsuliyyətə cəlb edilməsin. Əslində təmir-tikinti işlərinə rəhbərlik edən şəxslərdən biri Şəxs yaxın qohumu idi. Nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 ünvanladıqları məktubdan görünür ki, fiziki şəxs Şəxs tərəfindən layihədən kənarlaşdırılmaqla 4-cü mərtəbənin tikintisi aparıldığı üçün yenidən Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar verilmişdir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 ünvanladıqları məktubdan görünür ki, Masazır kəndi ərazisində Şəxs məxsus torpaq sahəsində kürsülü, 3 mərtəbə və mansardalı fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli Abşeron rayon İH tərəfindən razılaşdırılmışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar verilmiş, qərarın tələblərinə əməl edilmədiyinə görə Agentlik tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bir daha qeyd edir ki, sözügedən binadakı tikintitəmir işləri Şəxs tərəfindən aparılmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Şəxs mənzil almışdır, həmin evdə təmir işlərini özü aparmışdır və yaşamaq üçün yalnız kommunal xidmətləri icra sənədi üzrə qalmışdır. Təmir işlərini özü aparmışdır və bu işlərin Şəxs ilə heç bir əlaqəsi yoxdur. Tərəfindən təmir tikinti işləri 03 fevral 2023-cü il tarixdən sonra aparılmışdır. Lakin hal-hazırda orada tikinti və ya hər hansı təmir işi aparılmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Şəxs mənzil almışdır. Həmin mənzildə təmir işlərini özü aparmışdır, lakin həmin mənzilə köçmək mümkün olmamışdır. Təmir işlərini özü aparmışdır və bu işlərin Şəxs ilə heç bir əlaqəsi yoxdur. Tərəfindən təmir tikinti işləri 03 fevral 2023-cü il tarixdən sonra aparılmışdır. Hazırda həmin ünvanda hər hansı bir təmir və tikinti işi aparmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Şəxs mənzil almışdır. Həmin mənzildə təmir işlərini öz hesabına aparmışdır və orada işləyən şəxslərin Şəxsla bir əlaqəsi yoxdur. Hazırda da həmin ünvanda hər hansı bir təmir və tikinti işi aparmır. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil2 bildirdi ki, iş üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilən icra hərəkətlərində, eyni zamanda həmin səlahiyyətli orqan tərəfindən tərtib edilmiş aktlarda müdafiə etdiyi şəxs Şəxsla əlaqəsi olan heç bir məlumat öz əksini tapmamışdır. Həmçinin iş üzrə şahid qismində dindirilmiş şəxslərin izahatlarından da görünür ki, həmin şəxslər mənzili Şəxs almış, bütün təmir işlərini öz hesablarına həyata keçirmiş, həmin mənzildə işləyən fəhlələri özləri çağırmış və bu zaman ərzində həyata keçirilən heç bir hərəkətin də Şəxsla heç bir əlaqəsi olmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş sübutlarda da həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs tərəfindən həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi üzrə təqsiri, habelə həmin inzibati xətanın törədilməsinin Şəxs aidiyyatı sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli icra sənədindən görünür ki, mülki işə baxılıb qurtaranadək ünvan 2 ünvanında hər hansı tikinti işlərinin aparılması cavabdeh Şəxs və başqa şəxslərə qadağan edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)-32/2024 nömrəli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı tikintinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 3 ünvanında Şəxs tərəfindən inşa edilmiş tikilidə hər hansı təmir-bərpa işlərinin aparılması Şəxs və başqa şəxslərə qadağan edilməlidir İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır Abşeron Rayon İcra və Probasiya şöbəsinin 06 fevral 2023-cü il tarixli “tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 16(012)-43/2023 nömrəli icra sənədinin könüllü icra edilməsi barədə Şəxs məlumat göndərilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(012)-32/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Abşeron Rayon İcra və Probasiya şöbəsinin 19 yanvar 2024-cü il tarixli “tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.20234cü il tarixli, 16(012)-32/2024 nömrəli icra sənədinin könüllü icra edilməsi barədə Şəxs məlumat göndərilmişdir. 08 fevral 2023-cü il tarixli Abşeron rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, hal şahidi Fazil Abbasovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 08 fevral 2023-cü ildə ünvan 4 ünvanında olmuşlar və orada bir neçə fəhlənin tikinti işləri aparmasını müəyyən etmişlər. Fəhlələrdən aparılan tikinti işlərinin dayandırılması tələb olunmuşdur. 04 may 2023-cü il tarixli Abşeron rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, hal şahidi Fazil Abbasovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 04 may 2023-cü ildə ünvan 4 ünvanında olmuşlar və orada tikinti işinin aparılmadığı,lakin araba ilə qum daşındığını müəyyən etmişlər. Bununla bağlı Şəxsla əlaqə saxlamışlar, Şəxs həmin ərazidə tikinti işləri aparmadığını və yekun məhkəmə qərarının nəticəsini gözlədiyini bildirmişdir. 26 iyul 2023-cü il tarixli Abşeron rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin, hal şahidi Elvin Əliyevin, hal şahidi Fazil Abbasovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 26 iyul 2023-cü ildə ünvan 4 ünvanında olmuşlar və orada tikinti işinin aparılmadığını müəyyən etmişlər. 20 dekabr 2023-cü il tarixli Abşeron rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, hal şahidi Fazil Abbasovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 20 dekabr 2023-cü ildə ünvan 4 ünvanında olmuşlar və binaya mərtəbələr üzrə baxış keçirilmiş, mənzillərdən birinin daxili təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Özünü təqdim etmək istəməyən bir şəxs(usta) mənzilin sahibinin Hüseyn adlı bir şəxs olduğunu,Sadiq adlı adamı tanımadıqlarını bildirmişlər. Həmin şəxslər inzibati məsuliyyət barədə xəbərdar edilmişlər. 22 yanvar 2024-cü il tarixli Abşeron rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, hal şahidi Fazil Abbasovun,Elvin Əliyevin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 22 yanvar 2024-cü ildə ünvan 4 ünvanında olmuşlar və binaya mərtəbələr üzrə baxış keçirilmiş, həmin ünvanda təmir işlərinin aparılması müəyyən edilməmişdir. 05 fevral 2024-cü il tarixli Abşeron rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, hal şahidi Fazil Abbasovun, Elvin Əliyevin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 05 fevral 2024-cü ildə ünvan 3 ünvanında olmuşlar və binaya mərtəbələr üzrə baxış keçirilmiş, mənzillərdən birinin təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Özünü Seymur və Vüqar kimi təqdim edən iki nəfər usta mənzilin sahibinin Eldar adlı bir şəxs olduğunu,Sadiq adlı adamı tanımadıqlarını bildirmişlər. Həmin şəxslər icra şöbəsinə dəvət edilmişlər. İş materiallarında olan və məhkəməyə təqdim edilmiş disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, video çəkiliş tələbkar tərərfindən aparılmışdır, belə ki, ünvan 3 ünvanında yerləşən binaya Zərərçəkmiş şəxs daxil olaraq çəkiliş aparmış,müəyyən olunmuşdur ki, müxtəlif vaxtlarda həmin binada tikinti və təmir işləri aparılır. Tikinti və təmir işlərini aparan bir neçə usta və fəhlə olmuş, həmin şəxslər Sadiqi tanımadıqlarını bildirmişlər. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması təsdiq edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəyə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəyə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-43/2023 nömrəli icra sənədinə əsasən mülki işə baxılıb qurtarandək ünvan 5 ünvaında tikinti işlərinin aparılması cavabdeh Şəxs və başqa şəxslərə qadağan edilmişdir. Sözügedən ünvanda tikinti işlərinin aparılması faktı həm iş materiallarına əlavə edilmiş aktlar, həm zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş disklərə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir. Lakin nə aktlarda, nə iş materiallarına əlavə edilmiş fəhlə və ustaların izahatlarında, nə də ki, təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş disklərdə tikintinin məhz Şəxs tərəfindən və ya onun təlimatı əsasında aparılması müəyyən edilmir. Məhkəmə iclasında dindirilən şahidlər də öz növbəsində ünvan 5 ünvanda tikinti və təmir işlərinin onların özləri tərəfindən, həmin binada aldıqları mənzillərdə aparıldığını bildirmişlər. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin təqsirliliyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Lakin göründüyü kimi, inzibati xəta hadisəsinin olduğu müəyyən edilsə də, sözügedən xəta hadisəsinin məhz Şəxs tərəfindən törədildiyi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xətanın tərkibi dedikdə hüquqla (qanunla) müəyyən edilmiş inzibati xətanın obyekti, inzibati xətanın subyekti, inzibati xətanın subyektiv tərkibi və inzibati xətanın obyektiv tərkibinin məcmusu başa düşülür. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetmir, həmçinin onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1,43,48-51,53,55,114.1.4,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar