Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-619/2025 23.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş "xxxx" MMC-nin direktoru X2 vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati təneh vermə haqqında 21 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin direktoru X2 vəkili Nümayəndə verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati təneh vermə haqqında 21 noyabr 2024-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X2 vəkili Nümayəndə şikayət ərizəsini məhkəmə iclasında müdafiə edib, bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun” tələbləri qərar qəbul edən orqan tərəfidən nəzərə alınmamış, monitorinq adı altında yoxlama keçirilməklə X4 barədə protokol tərtib edilmiş və əsassız qərar qəbul edilmişdir. Tərtib edilmiş protokolun qeyd hissəsində imza etməkdən imtina edilməsi göstərilsə də, həmin vaxt orada olmayan şəxs hansı formada imtina etmiş ola bilərdi sualı cavablandırılmamış, monitorinq keçirilməsinin hüquqi əsası qeyd edilməmiş, monitorinqin keçirilməsinə əsas olmuş məlumatın məbəyi göstərilməmişdir. Ümumiyyətlə qərəzli yanaşılmış, bunun səbəbləri şikayət ərizəsində göstərilmişdir. Belə ki, maddənin sanksiyasında nəzərdə tutulan cərimənin yüksək həddi təyin edilmiş bu halın özü belə qərarda əsaslandırılmamışdır. Qeyd olunanlara və şikayət ərizəsində göstərilənlərə əsasən X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi X3 şikayət ərizəsi ilə tanış olduğunu və şikayətin əsassız olduğunu qeyd edərək bildirdi ki, monitorinq yoxlama deyildir, müşahidə xarakterli bir tədbirdir. İnzibati xətanın törədilməsi ilə bağlı məlumatı adətən ekspertiza mərkəzindən şifahi formada əldə edirlər ona görə də bu hər hansı bir sənəddə öz əksini tapmır, həmçinin onu da qeyd etdi ki, müfəttişin protokol tərtib etmək məqsədi ilə həmin ünvanda olması yoxlama xarakterli olmamışdır, çünki artıq həmin vaxta qədər inzibati xətanın törədilməsi barədə məlumatları olmuşdur. Ora müfəttişin getmə səbəbi protokolla həmin şəxsi tanış etmək olmuşdur. Həmin şəxs orda olmadğı üçün qeyd yazılmışdır. Şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati təneh vermə haqqında 21 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 Azərbaycan Respublikasınınnın İnzibati Xətalar Məcəlləsinin 275.1.1-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində onun barəsində 3500 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X4 barəsində araşdırma aparılan zaman barəsində icraat aparılan şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmamış, həmin ərazidə monitorinq (yoxlama) keçirilməsinə zərurət olub olmaması göstərilməmiş, həmçinin inzibati xətanın mövcudluğu barədə məlumatın əldə edilmnəsi mənbəyi və üsulu göstərilməmiş, direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. 135.1.1-cı maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru X4 barəsində olan inzibati iş üzrə sübutlar təqdim etmək hüququ məhdudlaşdırıldığından və iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri göndərilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. "xxxx" MMC-nin direktoru X4 inzibati xəta törətməsinə dair materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-619/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-619/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver