Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-620/2022 09.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X3, müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx.xx.1982-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllə, ev 5 ünvanında qeydiyyatda olan, ünvan 2də yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsinin X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X5 bildirdi ki, Şəxs 06.03.2022-ci il tarixdə Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs2 aldatmaqla 25 manat pulunu mənimsəmişdir. 16.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 12.01.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus evdən 100 manat dəyərində əl arabası, 80 metr uzunluğunda elektrik naqili oğurlamışdır. 22.01.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 30.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus evdən elektrik naqili oğurlamışdır. 14.01.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 15.01.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 Bəkir oğlunun evindən 100 manat dəyərində qol saatını oğurlamışdır. 25.01.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 17.12.2021-ci il tarixdə Digah qəsəbəsində Amin Əsədullayevin avtomobilindən 70 manat aakumlyator oğurlamışdır. 27.12.2021-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 02.03.2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 məxsus evdən 70 manat dəyərində elektrik naqilini oğurlamışdır. 25.01.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 19.02.2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus evdən 50 manat dəyərində elektrik naqilini oğurlamışdır. 25.01.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 19.02.2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus evdən 100 manat dəyərində elektrik naqilini oğurlamışdır. 03.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 10.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus evdən Məmmədli kəndində olan torpaq sahəsindən su sayğaxını oğurlamışdır. 11.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 16.01.2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 Əhməd oğluna məxsus evdən 100 manat dəyərində su qızdırıcısını oğurlamışdır. 26.02.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 02.03.2022-ci il tarixdə X2 anasına məxsus Mehdiabad qəbirstanlığında yerləşən qəbir abidəsinin 100 manat dəyərində güldanlarını oğurlamışdır. 12.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 19.02.2022-ci il tarixdə Araz marketin qarşısından marketə məxsus 54 manat dəyərində taxta oğurlamışdır. 01.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 21.02.2022-ci il tarixdə Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs14 evindən 95 manat 40 qəpik dəyərində su sayğacını oğurlamışdır. 03.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 06.03.2022-ci il tarixdə Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs15 evindən 95 manat 40 qəpik dəyərində su sayğacını oğurlamışdır. 16.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 23.02.2022-ci il tarixdə Goradil kəndində Zərərçəkmiş şəxs16 kirayə yaşadığı evindən 95 manat dəyərində samovar və 15 manat dəyərində şiş oğurlayaraq 95 manat ziyan vurmuşdur. 05.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X11 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 17.02.2022-ci il tarixdə Fatmai kəndində Zərərçəkmiş şəxs17 məxsus evin həyətindən 100 manat dəyərində su qızdırıcını oğurlamışdır. 12.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 27.02.2022-ci il tarixdə Fatmai kəndində Zərərçəkmiş şəxs18 Yəhya qızına məxsus evin həyətindən 90 manat dəyərində elektrik naqilini oğurlamışdır. 09.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 17.02.2022-ci il tarixdə Fatmai kəndində Zərərçəkmiş şəxs17 məxsus evin həyətindən 100 manat dəyərində su qızdırıcını oğurlamışdır. 12.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 17.03.2022-ci il tarixdə Fatmai kəndində Zərərçəkmiş şəxs19 məxsus evin həyətindən 100 manat dəyərində su kanalizasiya quyusunun qapağını oğurlamışdır. 28.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 05.03.2022-ci il tarixdə Məmmədli kəndində Zərərçəkmiş şəxs20 məxsus evin həyətindən 100 manat dəyərində 4 ədəd dəmir şveller oğurlamışdır. 18.03.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Tutma protokolundan görünür ki, Şəxs 08.04.2022-ci il tarixdə 16:30 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 23 (iyirmi üç) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetməsinin əvvəli 08.04.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-620/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-620/2022
09.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver