Məhkəmə qərarları › İş №3(012)-621/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-621/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-621/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, xx xxx 1980-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: 25.01.2022-ci il tarixdə Şəxs özünə məxsus olan Daevoo Nexia markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsi Binəqədi-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətinə sağ hərəkət zolağı ilə saatda 60 km sürətlə hərəkətdə olan zaman qarşısında hərəkət edən VAZ markalı avtomobili ötmək üçün güzgüyə baxmadan sükanı sola burub sol hərəkət zolağına manevr etmək istədikdə, manevr qaydalarını pozması nəticəsində idarə etdiyi avtomobilin qabaq sağ qanadı sol hərəkət zolağı ilə onunla eyni istiqamətdə Novxanı qəsəbəsi istiqamətinə hərəkətdə olan Opel markalı avtomobilin sağ tərəfi ilə toqquşmuş, toqquşmadan sonra Opel markalı avtomobil idarəetmədən çıxıb əks hərəkət zolağına çıxmış, Binəqədi rayonu istiqamətinə hərəkətdə olan Hunday markalı avtomobillə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Hunday Sonata markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 “burun nahiyəsinin, sol almacıq, yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma, sağ said nahiyəsinin qançırları, sağ əlin arxa səthinin cırılmış yarası”, həyat yoldaşı X8 “burun nahiyəsinin şişkinlikli qançırı və sıyrıqları, üst dodağın şişkinliyi və selikli qşasına qansızma, üst çənədə iki ədəd dişin taclarını hissəvi travmatik sınıqları, sol diz oynağı və baldır nahiyələrinin dərialtı hematoması, sağ baldır nahiyəsinin qançırı” xəsarətləri, Opel Astra markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 “sol ayağın bayır topuğunun və pəncə nahiyəsinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi, döş qəfəsinin sol yarısının, burun və sol bazu nahiyələrinin qançırları, başın alın nahiyəsinin və sol dirsək oynağı nahiyələrinin sıyrıqları” xəsarətləri, o cümlədən YÜNGÜL dərəcəli xəsarətlər, X10 isə “sol diz oynağı və sol baldır nahiyəsinin sıyrıqları” eləcə də dərəcəsi təyin edilməyən xəsarət almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu təyin edilmiş məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X13 alınmış 170 nömrəli, 08.02.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun nahiyəsinin şişkinlikli qançırı və sıyrıqları, üst dodağın şişkinliyi və selikli qşasına qansızma, üst çənədə iki ədəd dişin taclarını hissəvi travmatik sınıqları, sol diz oynağı və baldır nahiyələrinin dərialtı hematoması, sağ baldır nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən 25.01.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. E.V.Qənbərovanın bədən üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İşə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X13 alınmış 171 nömrəli, 08.02.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun nahiyəsinin, sol almacıq, yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma, sağ said nahiyəsinin qançırları, sağ əlin arxa səthinin cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən 25.01.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. M. H. Qənbərovun bədən üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İşə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X13 alınmış 206 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X3 bədən səthində aşkar edilmiş xəsarətlər - sol ayağın bayır topuğunun və pəncə nahiyəsinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi, döş qəfəsinin sol yarısının, burun və sol bazu nahiyələrinin qançırları, başın alın nahiyəsinin və sol dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, başın alın nahiyəsinin səthi kəsilmiş yaraları isə iti kənarlı əşyanın (ola bilsin ki, şüşə qırıntısının) təsirindən müayinədən 5-8 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 25.01.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. E.M.Abdullayevin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İşə əlavə edilmiş 2/1248 nömrəli sərxoşluq müayinə aktlarında müvafiq olaraq Şəxs "ayıq” olduğu qeyd olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 23 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar