Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-623/2020 15.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon X3 Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs Oktay oğlunun iştirakı ilə, xx.xx.1979-cu ildə Cəlilabad şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Şəxs Oktay oğlu barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Oktay oğlu xx.xx.2020-ci il tarixdə, saat 04 radələrində respublika ərazisində qarantin rejimi ilə əlaqədar Qobu polis bölməsinə gələrək sərxoş vəziyyətdə polisin qanuni tələbinə tabe olmayaraq karantin rejimini pozulmuşdur. Buna görə Şəxs Oktay oğlu Azərbaycan Respublikası İXM-nin 211 və 535.1-ci maddələriilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs Oktay oğlunun göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon X3 Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 04 radələrində respublika ərazisində qarantin rejimi ilə əlaqədar Qobu polis bölməsinə gələrək sərxoşvəziyyətdəpolisin qanuni tələbinə tabe olmayaraq karantin rejimini pozulmuşdur. Buna görə də Şəxs Oktay oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 211 və 535.1–ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs Oktay oğlu məhkəmədə verdiyi izahatında göstərmişdir ki, həmin vaxt içkli olmuşdur. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs Oktay oğlunun inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs Oktay oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərəbaxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs Oktay oğluna törətmiş olduğu inzibati xətaya görə 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Şəxs Oktay oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1 -ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs Oktay oğlunun oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs Oktay oğlunun oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Oktay oğlu Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-623/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-623/2020
15.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver