Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-625/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxx 1957-ci il tarixdə Abşeron rayonunun, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Abşeon rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 16(012)-246/2024 nömrəli icra vərəqəsinə əsasən mülkü iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizə qismən təmin edilmiş, cavabdehlər Şəxsə Azad qızı, X3, Şəxs, X4, Vəlizadələrin evinə qonaq gəlmiş və onların dəvət etdiyi bütün şəxslərə mübahisə predmeti olan onlar tərəfindən zəbt edilmiş ona Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində və onun Zərərçəkmiş şəxs evinin yeganə giriş-çıxış yeri olan yolda “abadlaşdırma” adı ilə müxtəlif işlər (ağac və kollar əkmək və becərmək, tikinti və quraşdırma işləri həyata keçirmək, boş su boruları, kanalizasiya boruları çəkmək, tamet daşları döşəmək, beton, asfalt işləri görmək, şəxsi əşyalar yığmaq, çirkab suları axıtmaq, zibillər atmaq və s. bütün işlər) aparılması qadağan edilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 02 iyul 2024cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının iştirakı ilə 03 iyul 2024-cü il tarixdə akt qəbul edilərək, cavabdehlərə müxtəlif qərəzli hərəkətlər edərək, mülkiyyətində olan torpaq sahəsinə və evinə girişin əngəllənməsi qadağan edilmişdir. 28 dekabr 2024-cü il tarixdə borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Belə ki, təqdim edilmiş diskdə olan videogörüntülərdən aydın görünür ki, Şəxs həmin yolda ağacların budanması, ondan qələm kəsilməsi və becərilməsi işində qısa müddət də olsa iştirak edir. Bu səbəbdən Şəxs icra şöbəsinə dəvət olunmuş, ondan izahat alındıqda o, bildirmişdir ki, o, qadağan olunmuş əraziyə girməmişdir, çünki təqdim olunmuş diskdə olan videogörüntülərdəki şəxs onun qardaşıdır. Bunları nəzərə alaraq məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək, bildirdi ki, icra sənədində qadağan olunmuş ərazidə ağacların budanması və ondan qələm kəsilməsi, becərilməsi ilə bağlı hərəkətləri o icra etməmiş, həmin hərəkətlər qardaşı tərəfindən yerinə yetirilmişdir. O, həmin əraziyə gəldikdə hadisənin şahidi olmuş, dərhal sonlandırılmasını tələb etmişdir. Bundan sonra budama və becərmə işi yekunlaşdırılmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 16(012)-246/2024 nömrəli icra vərəqəsi ilə ona məxsus torpaq sahəsində və onun evinin yeganə giriş-çıxış yeri olan yolda Şəxs və digərlərinə “abadlaşdırma” adı ilə müxtəlif işlər (ağac və kollar əkmək və becərmək, tikinti və quraşdırma işləri həyata keçirmək, boş su boruları, kanalizasiya boruları çəkmək, tamet daşları döşəmək, beton, asfalt işləri görmək, şəxsi əşyalar yığmaq, çirkab suları axıtmaq, zibillər atmaq və s. bütün işlər) aparılması qadağan edilsə də, lakin borclu öhdəliyinin icrasından yayınaraq, qəzəli hərəkətlər etmişdir. Ona görə də, borclu barəsində tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 16(012)-246/2024 nömrəli icra vərəqəsinə əsasən mülkü iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizə qismən təmin edilmiş, cavabdehlər Şəxsə Azad qızı, X3, Şəxs, X4, Vəlizadələrin evinə qonaq gəlmiş və onların dəvət etdiyi bütün şəxslərə mübahisə predmeti olan onlar tərəfindən zəbt edilmiş ona Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində və onun Zərərçəkmiş şəxs evinin yeganə giriş-çıxış yeri olan yolda “abadlaşdırma” adı ilə müxtəlif işlər (ağac və kollar əkmək və becərmək, tikinti və quraşdırma işləri həyata keçirmək, boş su boruları, kanalizasiya boruları çəkmək, tamet daşları döşəmək, beton, asfalt işləri görmək, şəxsi əşyalar yığmaq, çirkab suları axıtmaq, zibillər atmaq və s. bütün işlər) aparılması qadağan edilməsi qərara alınmışdır.
2. Abşeron rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 16(012)-246/2024 nömrəli icra vərəqəs ilə bağlı 02 iyul 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir.
3. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının iştirakı ilə 03 iyul 2024-cü il tarixdə akt qəbul edilərək, cavabdehlərə müxtəlif qərəzli hərəkətlər edərək, mülkiyyətində olan torpaq sahəsinə və evinə girişin əngəllənməsi qadağan edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, təqdim olunmuş DVD disklərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 16(012)-231/2023 nömrəli icra vərəqəsi ilə üzərinə qoyulmuş vəzifələri icra etməmişdir. Belə ki, borclu icra sənədində qadağan olunmuş ərazidə ağacların budanması və ondan qələm kəsilməsi, becərilməsi ilə bağlı hərəkətlərin qadağan edilməsinə baxmayaraq, keçirilən iməclikdə iştirak etmiş, lakin ağacları budayan şəxsin özü yox, qardaşı olmasını qeyd etməklə özünü təqsirsiz hesab etmişdir. Məhkəmə qeyd olunan halı icra sənədi üzrə tələbin pozulması kimi qiymətləndirir və bu səbəblə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov