Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-627/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X5 iştirakı ilə, X10 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini X7 MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X10 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini X7 MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 1993-cü ildə ünvan 1 ünvanında yerləşən mənzili almış və sənədləri vardır. X11 ailəsi ilə birgə evsiz qaldığı üçün onun həyat yoldaşı X12 həmin şəxsə evlərində müvəqqəti qalmaq üçün icazə vermişdir. Həmin şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Zəligölü adlanan yerin yaxınlığında fərdi yaşayış evi tikdikləri üçün 2018-ci il tarixdən həmin şəxsə ailəsi ilə birgə evindən çıxmalarını bildirdi. Buna baxmayaraq həmin şəxslər onlara evdən çıxmayacaqlarını dedilər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, yoldaşı Rasimlə birgə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, bina 6-da yerləşən mənzilə gələrək mənzildə yaşayan Şəfiqə Abbasovaya evdən çıxmalarını bildirdi. Lakin Şəfiqə evdən çıxmayacağını bildirəndə bu zəmində aralarında mübahisə yarandı. Bu zaman Şəfiqənin və Abbasın adını bilmədiyi oğlu onun qolundan əli ilə yapışaraq ona fiziki ağrı yetirib, sürüyərək kənara itələdi. Həmin şəxs daha sonra əlinin arxa hissəsi ilə onun sifət nahiyəsindən vuraraq onu döydü. Bundan sonra həmin şəxslərin ailə üzvləri onu və həyat yoldaşı Rasimi söyüb təhqir edərək ünvanına nalayiq ifadələr işlətdilər. Bundan sonra o, ünvan 2üraciət etdi. Ərizə əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparıldı. Baş vermiş hadisə zamanı döyülməyi ilə əlaqədar olaraq ekspertiza keçirildi. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixdə verdiyi 1799 nömrəli rəyinə əsasən məhkəmə-tibbi müayinəsi zamanı bədənim üzərində üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ və sol bazunun, sol sağrı nahiyəsinin qançırları aşkar edildi. Bundan sonra Abşeron rayon Polis İdarəsində araşdırma aparılmış və Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X14 tərəfindən 31 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və materiallar X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Abşeron rayon Polis İdarəsində X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, onlar dəfələrlə Abbas Abbasovdan ona məxsus olan evi tərk etməyini tələb etmişdir. Buna baxmayaraq tələbinə məhəl qoymamışlar. Ona məxsus olan hüququ tələb etdiyi zaman isə zorakılığa məruz qalmışdır. Buna baxmayaraq Abşeron rayon Polis İdarəsi araşdırma nəticəsində materialları məhkəməyə göndərməmək qənaətinə gəlmiş və X8 barəsində 300 manat məbləğində cərimə cəzası növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bildirir ki, qeyd olunan tənbehin tətbiq edilməsi X4 əməllərinin qanuna hörmət ruhunda tərbiyə edilməsi üçün kifayət etmir.Çünki adarı yuxarıda qeyd olunan şəxslər təkrar olaraq bu əməllərə yol verirlər. Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilən Abşeron Rayon Polis İdarəsinə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş vasitəsilə məlumat verilsə də, özü və nümayəndəsi məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Abşeron RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X14 tərəfindən 31 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə gömdərilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulan xətanı tərətməsi heç bir sübuta əsaslanmadığından, iştirakı olmadan və izahatı alınmadan qəbul olunduğundan qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X10 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini X7 MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X10 şikayəti qismən təmin edilsin. X10 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini X7 MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-627/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-627/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver