Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-627/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron DYP-nin polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə məhkəmə iclası 16 aprel 2024-cü il tarixə, saat 14.45-ə təyin edilmiş, tərəflər məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta törədən, zərərçəkən şəxs və protokolu tərtib edən şəxs Abşeron DYP-nin nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən zərərçəkən şəxs və protokolu tərtib edən şəxs Abşeron DYP-nin nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs 21 yanvar 2024-cü ildə saat 08:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində idarə etdiyi Toyota Prius (hibrid) minik markalı 10GY115 dövlət qeydiyyat nişanlı avtomobillə yolun soldan 3-cü zolağı ilə Bakı şəhəri istiqamətində 7 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X7» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkan, olsa da ala bilməyib, 4-cü zolağa manevr etmiş, həmin zolağa keçdikdən sonra qarşısında eyni istiqamətdə asta sürətlə hərəkətdə olan avtomobillə toqquşmamaq üçün sola manevr etmiş, bu zaman avtomobilin arxası sağa, ön hissəsi sola buralaraq idarəetməni itirdiyindən avtomobil soldan birinci zolaqda Bakı şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan X3 idarə eldiyi Mercedes Beıız C200 minik markalı 99CU823 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və birtərəfli yol təhlükəsizim səddinə çırpılmış, nəticədə sürücü Şəxs ehtiyatsızlıqdan Mercedes Benz C200 minik markalı avtomobildə olan sərnişin X4ma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmasına səbəb olmuş, avtomobillər və birtərəfli yol təhlükəsizlik səddi və əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 155 №-li rəyinə əsasən X1 yol nəqliyyat hadisəsi zamanı sağlamlığa yüngül zərər vuran xəsarət alması müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi ekspertizasının 22 fevral 2024-cü il tarixli 8/289 №-li rəyinə əsasın Toyota Prius (hibrid) minik markalı 10GY115 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «X7» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyə əsasən Mercedes Bcnz C200 minik markalı 99CU823 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs barəsində Abşeron rayon Polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 22 fevral 2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi qərarı verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.2003-cü ildə Füzuli rayonu, Alxanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-627/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-627/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver