Məhkəmə qərarları › İş №3(012)-628/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-628/2020

18.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-628/2020 18.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Abşeron rayon X5 PB-in sahə rəisi, polis leytenantı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon X5 PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında PB-nə daxil olmuş şikayət əsasında şübhəli olduğuna görə PB-nə dəvət edilərkən Abşeron rayon Pİ-in Qobu PB-in əməkdaşları ilə mübahisə etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon X5 PB-in sahə rəisi, polis leytenantı X2 izahatında göstərmişdir ki, Abşeron RPİ-nin Qobu PB-in əməliyyat müvəkkili Cavid Kərimli tərəfindən tərtib edilmiş raporta əsasən Abşeron rayonu, Novxanı kəndində yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında PB-nə daxil olmuş şikayət əsasında şübhəli olduğuna görə PB-nə dəvət edilərkən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra oğurluqda şübhəli bilindiyinə görə onu Abşeron rayon Pİ-nin Qobu PB-nə dəvət etmişlər. Bundan əsəbiləşərək, polis əməkdaşları ilə mübahisə etmiş, PB-nə getməkdən imtina etmişdir. Həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, AZA 055515 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:25-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar