Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-63/2021 02.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən şəxs Qasımov İsa Umudvar oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qasımov İsa Umudvar oğlu tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 Umudvar oğlu MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət vermişdir. Şikayət ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 rəisi Nümayəndə MN № ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.01-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək 2500 (iki min beş yüz) manat məbləğində cərimələnmişdir. İnzibati tənbeh vermə haqqında sözügedən qanunsuz qərarda qeyd edilir ki, guya o, Binəqədi Rayonu, Xocəsən gölünün çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati xəta törətmiş və buna görə məsuliyyət daşıyır. 11 saylı Regional Ekologiya və X3 rəisi Nümayəndə tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar qanunsuzdur və bu baxımdan ləğv edilməlidir. Hesab edirik ki, 11 saylı Regional Ekologiya və X3 rəisi Nümayəndə tərəfindən qəbul edilmiş, MN № ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs Qasımov İsa Umudvar oğlu eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qərar qanunsuz və əsassızdır onun heç bir təqsiri yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərarında şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki şikayət qismən edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Xocəsən gölünün ətrafındakı daş kəsim sexinin fəaliyyəti zamanı yaranan çirkab suyun qanunla müəyyən olunmamış ərazidən birbaşa gölə axıdılmasına görə X5 barəsində MN ******* nömrəli protokol tərtib olunmuşdur. İş materiallarında olan görünür ki, Qasımov İsa Umudvar oğlu xx.xx.2020-ci il tarixdə Xocaəsən gölünün ətrafındakı daş kəsim sexinin fəaliyyəti zamanı yaranan çirkab suyun qanunla müəyyən olunmamış ərazidən birbaşa gölə axıdılması müəyyən edilməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, inzibati protokol tərtib edilərkən hadisə tam araşdırılmamış, inzibati xəta törədən şəxsin deyil üçüncü şəxsin izahatı alınmaqla kifayətlənmiş, tərəfin iştirakı olmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati protokol ləğv edilməli və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 MN ******* saylı qərarı ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-63/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-63/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver