Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-630/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Kəlbəcər rayonu, Almalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kəlbəcər rayonu, Almalıq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 194663/2021-27-22 icra işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1574/2020 saylı 05.04.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Məhəmmədli Sərvan İlyas oğlu tələbkar X3 5000 (beş min) manat borcun qaytarılması qət edilmişdir. Qeyd olunan icra sənədi aidiyyatı üzrə borclunun qeydiyyatı üzrə Tərtər rayon İcra şöbəsinə göndərilmişdir. 24.08.2021-ci il tarixdə borclu Tərtər rayon icra şöbəsinə Abşeron rayonu, Masazır kəndində yaşamasına dair arayış təqdim etmişdir. Qeyd olunan icra vərəqəsi aidiyyat üzrə Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Borclunun izahatı alınmış, müvafiq icra tədbirləri görülmüşdür. O. borclu barəsində inzibati protokol tərtib etməklə məhkəməyə təqdim etmiş, lakin protokol borcluya vaxt verilməsi məqsədilə geri qaytarılmışdır. Bundan sonra da borclu icra məmurunun qanuni tələblərini pozaraq yaranmış borcundan tam ödəniş etməmişdir. İcra sənədi üzrə 5000 manatdan 2000 manat ödənilmiş, 500 manatı isə tələbkar götürmədiyindən, depozitə qoyulması üçün ona təqdim edilmişdir. Tələbkar onlara borclu barəsində protokol tərtib olunması üçün müraciət etmişdir. Ona görə də borclu Məhəmmədli Sərvan İlyas oğlu barəsində inzibati tənbeh tədbiq edilməsi üçün protokol verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, keçmiş polis işçisidir. Qarşı tərəfin şikayətləri ucbatından o işdən çıxarılmışdır. Hazırda maddi imkanı olmadığından borcundan tam şəkildə ödəniş edə bilmir. Qətnamə üzrə 5000 manat borcundan 2000 manatını ödəmiş, 500 manatını da indi ödəyir, lakin tələbkar pulu götürmədiyindən icra məmuruna vermişdir ki, depozit hesabına qoyulsun. Qalan borcunu may ayının sonuna qədər ödəməyə söz verir. Məhkəmə iclasında tələbkar X4 bildirdi ki, borclu müxtəlif bəhanələrlə ona olan borcunu vermir. Məhəmmədli Sərvan İlyas oğlu ona olan borcundan 500 manat təklif etsə də o, qəbul etməkdən imtina edir və borcunu tam olaraq tələb edir. Məhkəmə iclasında müdafiəçisi Vəkil məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu demək olar ki ödəyib, qalan borcunu da ödəməyə söz verir. Ona görə də qeyd olunan halın nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya məhkəməsinin 2(104)-1574/2020 saylı 12.06.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişir. İş materiallarında olan 09.08.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materillarında olan sənədlərdən görünür ki, borclu Şəxs yaranmış borcundan 2000 manat ödəniş etmişdir. İş materiallarında olan məlumat vərəqindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Məhəmmədli Sərvan İlyas oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Məhəmmədli Sərvan İlyas oğlunun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə iş üzrə borcun yarısının ödənilməsini borclunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə borclunun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-630/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-630/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver