Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-635/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə, X5 barəsində tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 09 yanvar 2022-cı il tarixdə Saray qəsəbəsində Araz marketin dayanacağında ona məxsus Vaz 2107 **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 18:08 radələrində həmin dayanacaqda işarələnmiş zolaq üzrə hərəkət etdiyi zaman qarşısına Nissan markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxdı və yüngül toqquşma baş vermişdir. Dayanacaq ərazisində bir gediş və bir gəliş zolağı nişanlanma ilə tam aydın şəkildə göstərilmişdir. Nissan markalı avtomobilin hərəkəti onun istiqamətində olub və orda da hadisə baş vermişdir. Əraziyə polis əməkdaşları gələrək sadəcə sənədləri alıb getmişlər. Bundan sonra heç bir araşdırma aparmadan ona protokol tərtib olunmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq barəsində tərtib edilmiş TP4804902 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən məhkəmə şikayətə, Abşeron DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron DYP tərəfindən qəbul edilmiş TP4804902 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 “VAZ 21074” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və nəticədə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 40 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesabedilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası X3 69 maddəsində göstərilir ki, İ. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. İİ. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin maddənin İİ-İ.bəndinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Həmin maddənin İV-cü bəndinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Bu maddənin Vİ bəndinin, 18-ci yarım bəndinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində marketin “dayanacaq” ərazisi ilə hərəkətdə olan zaman “Nissan” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qarşısına çıxmışdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, tərtib edilmiş protokolun və qərarın X4 verilib-verilməməsin, nə vaxt verilməsini müəyyən etmək olmur. Belə ki, qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iş materialların məhkəməyə göndərməmişdir. Məhkəmə zamanı təqdim edilmiş fotoşəkillərlə müəyyən edildi ki, X1 idarə etdiyi **- ZM-*** qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə xx.xx.2022-ci il tarixdə Araz marketin “dayanacaq” ərazisi ilə hərəkətdə olan zaman “Nissan” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydasını pozaraq onun qarşısına çıxmışdır. Məhkəmə hesab edir ki, belə olan halda inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh edilərək 40 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron DYP tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-635/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-635/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver