Məhkəmə qərarları › İş №3(012)-64/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-64/2020

16.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-64/2020 16.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X2 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq zamanı xx xxxxxx 2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: xx xxxxxx 2020-ci il tarixdə X1 barəsində tərtib edilmiş protokoldan şikayət etməklə Binəqədi rayon DYP-nin ******* nömrəli xx.xx.2019-cu il tarixli protokolun ləğv edilməsini və hazırda cərimə meydançasına yerləşdirilmiş ** GF *** nömrəli avtomobilin üzərindən məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan Binəqədi rayon DYP-nin ******* nömrəli xx.xx.2019-cu il tarixli protokolun ləğv edilməsini və hazırda cərimə meydançasına yerləşdirilmiş ** GF *** nömrəli avtomobilin üzərindən məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, halbuki qanunda yalnız qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi, X1 barəsində qəbul edilmiş qərardan deyil protokoldan şikayət vermiş və inzibati qaydada baxılması mümkün olmayan həbsin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə protokoldan şikayət və həbsin götürülməsi qanunda nəzərdə tutulmadığından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, həmin protokol əsasında qəbul edilmiş qərarı əldə etdikdən sonra qərardan şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən Binəqədi rayon DYP-nin ******* nömrəli xx.xx.2019-cu il tarixli protokolun ləğv edilməsi və hazırda cərimə meydançasına yerləşdirilmiş ** GF *** nömrəli avtomobilin üzərindən məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsinə dair şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar