Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-643/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən şəxs X3,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi Nümayəndəiştirakı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin MN0454273 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(012)-643/2020 saylı qərarı ilə X3 ərizəsi təmin edilmiş, ƏMDX Abşeron rayon Ərazi Şöbəsində tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin orqana göndərilmişdir (hakim Ş.Nəcəfova). Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron rayon Ərazi Şöbəsi tərəfindən şikayət verilərək həmin qərarın ləğv edilməsi xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-3362020-ci il tarixli qərarı ilə X5 barəsində Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(012)-643/2020 saylı qərarı ləğv edilmiş, materialın Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılması, işə yenidən baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatı yenidən alınmaqla yanaşı, iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqanın nümayəndəsinin iştirakları təmin edilərək izahatları alınmalı, nəticəsindən asılı olaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi Şöbəsi tərəfindən barəsində AR İXM-nin 244.2-ci maddəsi ilə MN ******* saylı protokol tərtib olunmuş, həmin protokol əsasında MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qərara alınmış, protokolda onun mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması müəyyən edilmiş, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilərək 1000 manat məbləğində cərimə edilməsi barədə MN ******* saylı qərar qəbul edilmiş, daha sonra o, mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.039988 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində ev tikib istifadəyə vermiş, evin tikintisini Abşeron rayonunun Baş memarı ilə 2018-ci ildə razılaşdırdıqdan sonra tikintini başa çatdırmış, daha sonra o, protokol və qərarın xx xxxxxx 2020-ci il tarixdə qəbul olunduğunu, onun isə tikintini 2018-ci ildə başa çatdırdığını nəzərə alaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsi tərəfindən X5 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunmuşdur. X5 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X5 barəsində İXM-nin 244.2-ci maddəsi ilə MN ******* saylı protokol tərtib olunmuş, həmin protokol əsasında MN ******* saylı inzibati tənbehvermə haqqında qərar verilmiş, X1 mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması müəyyən edilmiş, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməlidir. İnzibati xəta haqqında işə yenidən baxılarkən iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və inzibati xətalar haqqında qanunla müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X5 barəsində İXM-nin 244.2-ci maddəsi ilə MN ******* saylı protokol tərtib olunmuş, həmin protokol əsasında xx xxxxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. X1 mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron RİH Başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 990 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X2 rayonu, Mehdiabad qəsəbəsi, RX seriyalı ******* saylı çıxarışa əsasən 0,039988 ha torpaq sahəsində ev tikmişdir. İş materiallarında olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində yaşayan sakinlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Abşeron rayonu,Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində RX seriyalı ******* saylı çıxarışa əsasən 0,039988 ha torpaq sahəsində ev tikib başa çatdırmışdır Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsində mübahisə predmeti olan evin tikintisini Baş memarla razılaşdırılmış qaydada 2018-ci ildə başa çatdırıldığını göstərmişdir. X3 şikayəti araşdırılarkən ƏMDX Abşeron Ərazi Şöbəsi nümayəndəsi əsaslı tikintinin 2018-ci ildə tikilməsinə baxmayaraq qeyd olunan pozuntuya dair protokolun xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmasını izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta üzrə qərarda inzibati xəta hadisəsinin tərtib edildiyi tarix, inzibati xəta törədən şəxsin konkret olaraq hansı halla bağlı təqsirli olması, həmin şəxsin izahatı və həmin halı təsdiq edən sübutlar göstərilməmiş, yalnız X3 mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması qeyd olunmuş, istinad olunan hal ümumi sözlərdən ibarət olmaqla konkret olaraq hansı faktla bağlı olması, törədildiyi vaxt və bu kimi halların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə qanunda nəzərdə tutulmuş 1 (bir) illik müddət keçdiyindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin MN0454273 saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-643/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-643/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver