Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-643/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü massivdə yerləşən fərdi yaşayış evində yaşayan ***-***-**-** Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə fərdi evdə yaşayan Şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 30 km sürətlə Binəqədi rayonu istiqamətindən Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsi ilə hərəkətdə olan zaman AR İXM- nin 330-cu maddəsinin (piyadaya yol verilməməsi) tələblərini pozaraq piyada keçidini keçərkən sağ tərəfdən gələn piyada ünvan 1 ünvanında yaşayan X1 vurmuş, nəticədə sonuncu “sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi və səthi əzilmiş yarası, sağ pəncənin qançırı” o cümlədən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri almışdır. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 63.1 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə fərdi evdə yaşayan Şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 30 km sürətlə Binəqədi rayonu istiqamətindən Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsi ilə hərəkətdə olan zaman AR İXM- nin 330-cu maddəsinin (piyadaya yol verilməməsi) tələblərini pozaraq piyada keçidini keçərkən sağ tərəfdən gələn piyada ünvan 1 ünvanında yaşayan X1 vurmuş, nəticədə sonuncu “sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi və səthi əzilmiş yarası, sağ pəncənin qançırı” o cümlədən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri almışdır. Göstərilənlər alınmış izahatlarda, məhkəmə-tibbi ekspertizasının və məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının müvafiq rəylərində öz təsdiqini tapmışdır. Göründüyü kimi sürücü Şəxs qızının əməlində cinayət tərkibi yoxdur. toplanmış material üzrə sürücü Şəxs qızının barəsində cinayət işinin başlanması rədd edilməli, lakin Şəxs əməlində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyat üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını və yüngülləşdirən halları nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-643/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-643/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver