Məhkəmə qərarları › İş №3(012)-649/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-649/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-649/2022 29.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şikayət verən X1 və İnzibati qərar qəbul etmiş şəxsin nümayəndəsi və protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi DYP patrul xidmət inspektoru polis serjantı X3 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron rayon Polis İdarəsi DYP polis kapitanı X6 tərəfindən tərtib olunmuş 26.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYP polis kapitanı X6 tərəfindən tərtib olunmuş 26.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, 26 mart 2022-ci il tarixdə, axşam saat 23radələrində ona məxsus, istifadəsində olan, etibarnamə əsasında idarə etdiyi NİSSAN NOTE MİNİK markalı, ** VV *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə ailə üzvləri, həyat yoldaşı və 2 azyaşlı uşaqlarıyla birlikdə Bakı şəhəri ərazisində yaşayan qohumlarıgildən Novruz bayramı ziyarətindən qayıdıb yuxarıda qeyd etdiyi fakitki yaşayış ünvanındakı binanın qarşısında avtomaşını saxladı. Həyat yoldaşı uşaqları götürüb yuxarıya mənzilə qalxdı. O, da avtomaşında olan bəzi əşyaları götürüb maşından düşüb yuxarı mənzilə qalxmaq istəyərkən gördü ki, yaşadığı binanın həyətində, maşının yanında DYP patrul xidmətinə aid olan avtomaşın dayanib və içərisində 2 nəfər polis əməkdaşı var idi. Avtomaşından düşən yol polis əməkdaşı ona bildirdi ki, guya o, sərxoşdur, ya alkoqollu içki, ya da narkotik vasitə qəbul etmişdir Bildirdi ki, xeyr içkili deyil. Ona çox kobud və amiranə şəkildə əmr etdi ki, düş maşından, yaxınlaş maşına. O, maşından düşüb onların idarə etdiyi DYP avtomobilinə yaxınlaşdı. Ona bildirdi ki, əgər özünə arxayınsansa, bu aparatı üfür. O, özünə arxayın olduğu üçün əlində olan, guya, sərxoşluq vəziyyətini müəyyən edən aparata üfürdü. O əsəbiləşib ona yanlış ünvanda və ya yerdə yanlış adamı axtardığını bildirib, vəziyyəti olduğu kimi danışdı, dedi ki, o, ailəsiylə, 2 azyaşlı övladıyla Bakı şəhərinin o başından 40-50 km yol qət edib gəlmişdir o boyda yol boyu sükan arxasında olan zaman avtomaşını idarə etdiyi halda, onu heç kim saxlayıb onun sərxoş vəziyyətdə avtomaşın sürdüyünü iddia etmədi, indi gəlmiş, evinin yanında, binanın həyətində dayanan avtomaşının içərisində oturaq vəziyyətdə gəlib ona ilişirsiniz ki, içkilisən? Onun bu hərəkətinin böyük hörmətsizlik, haqsızlıq və ədalətsizlik, həmçinin qanunsuzluq, insan və ya vətəndaş hüquq və azadlıqlarına zidd olduğunu bildirərək, qanunları yaxşı bildiyini, belə bir qanunsuz hərəkətə yol verməmələrini, onun sərxoşluq vəziyyətini müayinə və sübut etmək üçün sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün nəzərdə tutulan yerə aparılmağını və həkimə təqdim edilməyini, ondan analiz götürülməsini tələb etdi. Bir daha bildirdi ki, yalnız bu halda və ya təqdirdə onun hər hansı bir sərxoşluğunun müəyyən olunub-olunmayacağı mümkündür. Lakin, həmin şəxs ona qarşı daha da aqressiv davranaraq ondan maşınının açarını tələb etdi və onu təhqir etməyə, söyməyə başladı. O, 102 polis xidmətinə zəng edərək şikayət etmək istədiyində, onu üstünə qışqıraraq və üstünə cumaraq telefonunu əlindən almağa çalışdı. O, bir daha ona hər zaman qaydalara əməl etdiyini və heç bir inzibati xətaya yol vermədiyini desə də, o buna məhəl qoymadı. Məhkəmə iclasında şikayətçi X2 şikayətini müdafiə edərək, Abşeron rayon Polis İdarəsi DYP polis kapitanı X6 tərəfindən tərtib olunmuş 26.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İnzibati qərar qəbul etmiş şəxsin nümayəndəsi və protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi DYP patrul xidmət inspektoru polis serjantı X4 məhkəmədə çıxış etməklə bildirmişdir ki, 26.03.2022-ci il tarixli TP ******* saylı qərar qanuni və əsaslıdır. Şikayət verən şəxs işıq cihazlarında istifadə qaydalarını pozmağa görə saxlanılarkən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olmuş və buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə protokol və qərar qəbul edilmişdir. Bundan başqa o, içkili olduğunu etiraf etmişdir. Bunu təsdiq edən protokol, xüsusi texniki vasitə olan alkotester müayinəsi və videogörüntü də mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki araşdırma zamanı həm də hadisənin görüntüsünə baxış keçirilmiş, şikayət verən şəxs, protokolu tərtib edən şəxs dindirilmiş və müəyyən edilmişdir ki, Nissan Note minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 işıq cihazlarından istifadə qaydalarını pozmağa görə saxlanılarkən sərxoş vəziyyətdə olması xüsusi texniki vasitə olan alkotester vasitəsilə 0,435,6 % olduğu müəyyən edilmişdir. Şəxs protokolu imzalamaqla şikayət verəcəyini bildirmiş, eyni zamanda içkili ola-ola avtomobil idarə etdiyini videoçəkilişlə etiraf etmişdir. Ona görə də Elçin Bayramov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi zamanı Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə ısasın sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, iş materiallarında olan məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 idarə etdiyi “Nissan Note” minik markalı 99 VV370 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsinin tələblərini pozaraq inzibati hüquq pozmanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıdakılara əsasən hesab edirəm ki, X2 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 329.3 və 333.1-ci maddələrilə düzgün olaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 “Nissan Note” minik markalı 99 VV370 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələrinin tələbinə uyğunsuzluq müəyyən edildiyindən, yəni işıq cihazlarından istifadə qaydalarını pozmaqla avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYP polis kapitanı X6 tərəfindən tərtib olunmuş 26.03.2022-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Abşeron rayon Polis İdarəsi DYP polis kapitanı X6 tərəfindən tərtib olunmuş 26.03.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar