Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-651/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X4ynun katibliyi, X1nun iştirakı ilə, Abşeron DYP Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron DYP Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 29 mart 2023-cü il tarixdə Abşeron DYP Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 29 mart 2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. O, 29 mart 2023-cü il tarixli TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir.Qərarın surətini 06 aprel 2023-cü ıl tarixində Abşeron rayon Polis İdarəsinə müraciət edərək alıb.Bildirmək istəyir ki, barəsində qəbul edilən qərar tam qanunsuzdur və o, özünü qərarda öz əksini tapan həmin maddə ilə təqsirli bilmir. Belə ki, o 28 mart 2023cü il tarixdə idarə etdiyi “Hyundai Avante” minik markalı, 99LY869 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt yolunun 14 km-də hərəkətdə olarkən heç bır yol hərəkəti qaydasını pozmadığı halda polis əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşlarından saxlanılma səbəbini soruşduqda onlar avtomobilinə quraşdırılan “led” işıqlarının qanunsuz olduğunu və buna görə də avtomobilinin cərimə meydançasına yerləşdirilməli olduğunu bildirdilər. O polis əməkdaşına bildirib ki, əgər inzibati xəta törədibsə barəsində qanunauyğun olaraq cərimə cəzası tətbiq etsinlər. Buna baxmayaraq polis əməkdaşları avtomobilimi cərimə meydançasına apararaq barəsində inzibati xəta haqqında protokol tərtib etmədən səhər Abşeron rayon Polis İdarəsinin 7-ci otağına yaxınlaşmalı olduğunu qeyd ediblər. O səhəri gün Abşeron rayon Polis İdarəsinə yaxınlaşıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olan Emin adlı şəxs led lampalarının dəyişdirilməli olduğunu tələb etdi. Sonra o polis əməkdaşının tələblərinə əməl edərək led lampalarını dəyişərək yenidən polis idarəsinə qayıtmışdır. Buna baxmayaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Elnur adlı şəxs bir vətəndaş kimi ona qarşı hörmətsizlik nümayiş etdirərək 3 saata yaxın müddətdə qapıda gözlətmiş və onunla ancaq çox kobud rəftar etmişdir. Qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobili üzərində heç bir yoxlanış keçirilməmişdir. Əlavə olaraq qeyd edir ki, led işıqları quraşdırılmış şəkildə avtomobili xx.xx.2022-ci il tarixdə texniki baxışdan keçirilmişdir. Buna baxmayaraq polis idarəsində polis əməkdaşı led işıqlarının normativlərə cavab vermədiyini bildirdi. Lakin məlumdur ki, avtomobil yoxlanılmadan led işıqlarının normativlərə uyğun olub-olmamağını müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildirir ki, avtomobilin fara qaytarıcısı var. Fara aşağıyuxarı nizamlanır. Həmçinin barəsində inziati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bu barədə ona heç bir məlumat verilməmiş, iştirak etməsi üçün heç bir bildiriş göndərilməmişdir. Sadəcə “AsanPaydan” daxil olan mesajdan ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə olan halda hesab edir ki, barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 29 mart 2023-cü il tarixli TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X1 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsi DYP-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə iclasının inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsi DYP-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYP Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında Qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 150 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, X2 əməlində həmin Məcəllənin 342.2.2-ci maddəsində nəzərdə tutulan xətanın tərkib əlamətlərinin olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsindən görünür ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyəti nəzərdə tutur. Həmin maddənin dispozisiyasından görünür ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin avadanlığın Məcəllənin 342.2.2-ci maddəsində qeyd edilən xətanın tərkib əlamətlərinin olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Sözügedən inzibati xəta haqqında iş üzrə isə X2 əməlində həmin maddənin dispozisiyasında göstərilən pozuntunun olması müəyyən edilməmişdir. Bu da bir daha sübut edir ki, DYP tərəfindən iş üzrə tam, hərtərəfli və dəqiq araşdırma aparılmadan şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq iş materialları toplanmadan inzibati icraat aparılaraq düzgün qərar qəbul edilməmişdir. Ona görə də, məhkəmə X2 əməlində qeyd olunan inzibati xəta tərkibinin olub olmamasının müəyyən edilməsi ilə bağlı verilmiş şikayətin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Məhkəmədə hazırki halda X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, barəsində tərtib edilmiş protokol əsasında mütəxəssis rəyi olmadan onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib, 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon Polisi İdarəsinin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Abşeron rayon Polisi İdarəsinin Yol Patrul Xidmətinə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-651/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-651/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver