Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-655/2020 20.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs Kərimova Nazilə Rövşən qızının, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx xxxxx 1981-ci ildə Gədəbəy rayonunun Düzyurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Gədəbəy rayonunun Düzyurd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 a, mənzil7də yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində, Abşeron RPİ-in inzibati binasının qarşısında sabiq arvadı Kərimova Nazilə Rövşən qızına qarşı nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 1 saylı ünvanda yaşayan Kərimova Nazilə Rövşən qızı ərizə ilə rayon polis idarəsinə müraciət edərək, sabiq əri Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində, Abşeron RPİin inzibati binasının qarşısında onun ünvanına ucadan nalayiq söyüşdüyünü bildirmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs Kərimova Nazilə Rövşən qızı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 1 saylı ünvanda yaşayır. Etdiyi müraciət əsasında onu xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nə dəvət etmişlər. Saat 19 radələrində idarənin inzibati binasının qarşısında olarkən sabiq əri Şəxs ona yaxınlaşaraq, onunla əsassız olaraq, mübahisə etməyə başlamışdır. Mübahisə zamanı idarənin həyətində dayanmış insanların gözü qarşısında Elfaq onun ünvanına nalayiq söyüşlər söyərək, onu təhqir etmişdir. Şəxs şikayətçidir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 a, mənzil7-dəyaşayır. Əxlaqsız hərərkətlər etdiyinə görə Kərimova Nazilə Rövşən qızı ilə aralarındakı bağlanmış nikah pozulmuşdur. Azyaşlı uşaqları öz yanında saxladığı dövrdə Nazilə DİN-in 102 xidmətinə ondan şikayət etmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində, Abşeron RPİ-nə gəlmişdir. İdarənin inzibati binasının qarşısında olarkən sabiq arvadı Kərimova Nazilə Rövşən qızının dayandığını görmüşdür. Həmin vaxt onların arasında mübahisə düşməmiş, Naziləni söyüb təhqir etməmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin izahatları və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, AZA 002147 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsözünü təqsirli biməməsi müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-655/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-655/2020
20.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver