Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-655/2021 30.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən şəxs X3 və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili vəkil X7 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 fevral 2021-ci il tarixli MN ******* saylı protokolun ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 19 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət vermişdir. Şikayət ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 fevral 2021-ci il tarixində tərtib edilmiş MN № ******* nömrəli protokoluna əsasən 11.03.2021 -ci il tarixli, MN № 0758018-li qərarı ilə o, “xxxx” ASC-nin Bağlar Su kanal İdarəsinin rəisi X5 vəzifəli şəxs olaraq, Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinin müəyyən edilməsi və 4000 (dörd min) manat cərimə edilməsinə dair Qərar tərtib edilmişdir. Qərarda göstərilir ki, 19.02.2021-cu il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən yaşayış binalarında formalaşan çirkab suların təmizlənmədən yaxınlıqda yerləşən adsız gölə, oradan da boru vasitəsi ilə Xəzər dənizinə axıdılması faktı aşkarlanmış və müvafiq olaraq İdarə tərəfindən MN ******* saylı 19.02.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində seçilmiş inzibati tənbeh vermə haqqında Qərarı ilə razı deyil. Hesab edir ki, göstərilən İnzibati xəta haqqında Qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir: 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən inzibati protokol və qərar qəbul edilərkən aşağıda qeyd olunan prosessual pozuntulara yol verilmişdir. İnzibati protokol onun iştirakı olmadan tərtib edilmiş, işə baxılmasına dair ona heç bir rəsmi formada bildiriş təqdim edilməmiş, beləcə Qərar onun iştirakı olmadan qəbul edilmişdir. Eləcə də, faktla bağlı inzibati araşdırma aparılmamışdır. Halbuki, İXM-nin 102.1-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsi üzrə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılmalıdır. Belə ki, protokolda qeyd olunan ərazinin “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisi olubolmaması müəyyənləşdirilməmişdir. Halbuki, ilkin olaraq İdarə tərəfindən həmin əraziyə xidmət göstərilib-göstərilməməsi ilə bağlı məlumat təsdiqlənməli idi. Bundan başqa su obyektinin “çirklənməsi”nin necə müəyyən edilməsi böyük sual yaradır. Axı heç bir xüsusi texniki vasitədən istifadə etmədən, suyun labarotor nümunəsini götürmədən, onun nəticəsini bilmədən, qısa zaman çərçivəsində 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları necə müəyyən etmişlər ki, axıdılan çirkab sulan təmizlənmədən Xəzər dənizinə axıdılır? Hesab edir ki, Azərbaycan Respublikasının İXMnin 264.0.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinin müəyyən edilməsi və 4000 (dörd min) manat cərimə edilməsinə dair barəsində çıxarılmış 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11.03.2021 -cİ il tarixli, MN № 0758018-li qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11.03.2021-ci il tarixli MN ******* saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X5 eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qərar qanunsuz və əsassızdır onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi vəkil X4 şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərarında şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsi və müdafiəçini dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, 19.02.2021-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən yaşayış binalarında formalaşan çirkab suların təmizlənmədən yaxınlıqda yerləşən adsız gölə , oradan da boru vasitəsi ilə Xəzər dənizinə axıdılmasına görə X5 barəsində MN ******* saylı protokol tərtib olunmuşdur. İş materiallarında olan görünür ki, X5 barəsində 19.02.2021-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən yaşayış binalarında formalaşan çirkab suların təmizlənmədən yaxınlıqda yerləşən adsız gölə , oradan da boru vasitəsi ilə Xəzər dənizinə axıdılması müəyyən edilməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, inzibati protokol tərtib edilərkən hadisə tam araşdırılmamış, inzibati xəta törədən şəxsin izahatı alınmamış, tərəfin iştirakı olmadan qərar qəbul edilmişdir. Eyni zamanda qərarı qəbul edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə nümayəndəsi gəlməmiş, bununla da şikayətdə göstərilən dəlilləri araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati protokol ləğv edilməli və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı qərarı ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-655/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-655/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver