Məhkəmə qərarları › İş №3(012)-655/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-655/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-655/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 və Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 275.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 275.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvan 1 ünvanında yaşayan Tahirov Aqil tərəfindən daxil olan xx.xx.2024-cü il tarixli Şəxs avadanlıqlarının səsi narahat edir məzmunlu müraciəti ilə əlaqədar 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və “BAZARSTORE» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı ilə saat 14:00-dan 15:00-dək sabit hava şəraitində monitorinq keçirilmişdir. Monitorinq ölçmə işləri Şəxs market fəaliyyətdə olan zaman şikayətçinin evinin qarşısında təxminən 5-7 metr məsafədə PCE- 322A səyyar cihazı vasitəsi ilə aparılmışdır. Ölçmənin nəticələrinə görə həmin ərazidə səsküy çirklənməsi 73,6 dBA (norma 60,0 dBA) təşkil etmişdir ki, bu da, ətarf mühit üçün yol verilən hədd normasından artıqdır. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında bildirmişdir ki, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2009-cu il tarixli 52 №-li fərmanının 2-ci maddəsində qeyd edilir ki, bu Fərmanın 1.1-1.3-cü bəndlərinə müvafiq olaraq binalarda (mənzillərdə), idarə, müəssisə və obyektlərin daxilində hüquqi və ya fiziki şəxsin müraciəti əsasında yalnız müraciət edənin binasında (mənzilində), idarə, müəssisə və obyektinin daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsi müəyyən edilir. Lakin xx.xx.2024-cü il tarixli, 001586 nömrəli monitorinq aktından göründüyü kimi, yoxlama şikayət olunan ərazidən daha dəqiq desək, həmin sakinin mənzilində aparılmamışdır. Şikayətçi vətəndaşın mənzili ilə həmin avadanlıq arasında kifayət qədər məsafə olmasına baxmayaraq, avadanlığının səsi birbaşa həmin avadanlığın yanından ölçülmüşdür ki, bu, birbaşa yuxarıda qeyd edilən Fərmanın tələblərinin pozulmasıdır. Bundan başqa, monitorinq aktında və inzibati xəta haqqında protokolda səs küy səviyyəsinin normadan artıq olduğu bildirilərək, xüsusi texniki vasitənin göstəricisinin 73.6 dBA, normanın isə 60 dBA olduğu qeyd edilmişdir. Bununla əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2008ci il tarixli 796 №-li Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 2.2-ci bəndinə əsasən, daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ekv ) və maksimal səviyyəsi (L A.maks )-dır. Həmin Normalara əlavə edilmiş Cədvəl 1-in 13-cü bəndinə görə, yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə gündüz vaxtı icazə verilən maksimal səs səviyyəsi 70 dBA-dır. Həmin Cədvəl 1-in Qeydlər bölməsinin 2-ci bəndində göstərilir ki, xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə - nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilir. Pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir. Həmçinin monitorinq aktında istinad edilən “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları”nın 1-ci cədvəlinin 13-cü bəndində yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdən söhbət gedir. İş materiallarında olan şəkillərin sözügedən mağazanın ətraf ərazisində çəkildiyi, hansı tarixdə çəkilərək yükləndiyi qeyri-məlumdur və mötəbər sübut deyildir. Əlavə olaraq qeyd etmişdir ki, mağazanın ətrafındakı avadanlıqlara vaxtaşırı olaraq texniki xidmət göstərilir və hər hansı qüsur nasazlıq olmadan müasir standartlara cavab verilir. Qeyd edilənlərə əsasən başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsinin aparıcı mühəndisi Natiq Rəsulov, mühəndis Nurlan Hacıyev, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Elnur Həsənovun, şikayətçi Aqil Tahirovun və Şəxs marketin nümayəndəsi Əlizamin Saddətinovun iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 001586 nömrəli monitorinq aktından görünür ki, xx.xx.2024cü il tarixdə idarəyə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsində yerləşən Şəxs marketə məxsus avadanlıqların səs-küy çirklənməsinin səviyyəsi 73.6 dBA təşkil etməsi və səs-küy çirklənməsinin ətraf mühit üçün yol verilən hədd normasından yüksək olması müəyyən edilmişdir. İş materiallarında olan OMS K 22906 nömrəli kalibrləmə sertifikatından görünür ki, ölçmə işləri müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan xüsusi texniki vasitə olan “PCE-322A” səs-küy ölçən ilə həyata keçirilmiş və ölçmə işləri nəticəsində səs-küy səviyyəsinin 73,6 dBa olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsində yerləşən Şəxs qurğularının yerləşdiyi ərazinin və şikayətçinin mənzilinin ətrafında xx.xx.2024-cü il tarixdə aparılan monitorinq ölçmə işləri zamanı ətraf mühitə yayılan səs-küyün səviyyəsinin normadan artıq olması faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını tam və hər tərəfli araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsində yerləşən Şəxs qurğularının yerləşdiyi ərazinin və şikayətçinin mənzilinin ətrafında xx.xx.2024-cü il tarixdə aparılan monitorinq ölçmə işləri zamanı ətraf mühitə yayılan səs-küyün səviyyəsi normadan artıq 73,6 dBA olmuşdur. Həmçinin məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi qeyd edilən avadanlıqlara mütəmadi olaraq texniki baxış keçirildiyini və həmin avadanlıqların izolyasiya olunduğunu bildirsə də, bu faktı təsdiq edəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2008-ci il tarixli 796 №-li Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na əlavə edilmiş Cədvəl 1-in 13-cü bəndinə istinad edərək gündüz vaxtı icazə verilən maksimal səs səviyyəsinin 70 dBA olduğunu qeyd etsə də, məhkəmə bu hal üçün qeyd etməyi zəruri hesab edir ki, maksimal səs səviyyəsi 70 dBA müəyyən edilməsi halında belə qeyd edilən qurğuların ətrafındakı səs-küy 73,6 dBA səviyyəsində müəyyən edildiyindən ətraf mühitə yayılan səs-küyün səviyyəsi normadan artıq olmuşdur. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.2-ci bəndinə əsasən bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 4-cü maddəsinin 1.7-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmin Qanunun 5-ci maddəsinin 2.6-cı bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələrindən biri hesab olunur. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs çirklənməsinin maksimal səviyyəsi 60 dBA səviyyəsindən yuxarı olmamalıdır. Qeyd olunan hal üzrə çirklənmənin səviyyəsinin 60 dBA ölçüdən artıq olması ətraf mühitə mənfi təsir göstərir və qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, “BAZARSTORE» Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 275.2-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar